0

Nazirdən yeni doğulanlara görə müavinət verilməsi təklifinə münasibət

Baxış: 279

Nazirdən yeni doğulanlara görə müavinət verilməsi təklifinə münasibət

Press-az xəbər verir ki,Maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

Milli Məclisin (MM) komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı maliyyə naziri S.Şərifov deyib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil:

“Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”.

Şəhid ailələrinin vərəsə məsələsinə də toxunan S.Şərifov qeyd edib ki, bu məsələlərin maliyyə tutumuna baxmaq lazımdır:

“Ümumilikdə bu sahəyə ayrılan dövlət dəstəyi məsələsinə baxmaq lazımdır. Cənab prezident tərəfindən şəhid ailələrinin mənzillə təmin olunması üçün 30 milyon vəsait ayırılıb. Bu da dövlət qayğısının başqa bir istiqamətidir.

Ölkə başçımız bu məsələdə həmişə diqqətli olub”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz