0

​SON DƏQİQƏ: “Uşaq pulu” bərpa ediləcək? - AÇIQLAMA

Baxış: 725

SON DƏQİQƏ: “Uşaq pulu” bərpa ediləcək? - AÇIQLAMA

Azərbaycanda uşaqlara dövlət tərəfindən verilən müavinətin bərpa edilməsi məsələsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Muxalifet.az bildirir ki, bu barədə BakuPost-a millət vəkili Fazil Mustafa məlumat verib. Bildirib ki, 100 valideynin "uşaq pulu”nun bərpası ilə bağlı parlamentə müraciətindən sonra belə bir qərar verib: "Valideynlərin "uşaq pulu”nun bərpa edilməsi ilə bağlı millət vəkillərinə müraciəti ilə tanış olmuşam. Çox haqlı müraciətdir, orada əsaslandırılmış fikirlər var. Bu məsələni gündəmə gətirmək niyyətindəyəm. Bu pulun konkret təyinatı üzrə verilməsi vacibdir. Hətta verilən pulun təyinatı üzrə xərclənməməsinə görə məsuliyyət belə nəzərdə tutula bilər. Dövlət verilən pulun məhz uşaqların ehtiyacı üçün xərclənməsini tələb edə bilər. Mücərrəd formada uşaqlara hansısa müavinətin nəzərdə tutulmasındansa, "uşaq pulu”nun verilməsi daha uyğundur. O müraciəti almışam, bununla bağlı fikirlərimi büdcə layihəsinin müzakirəsi zamanı gündəmə gətirəcəyəm”. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz