0

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxlayıb

Baxış: 54

Apellyasiya məhkəməsi jurnalisti həbsdə saxlayıb

Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılan jurnalist İkram Rəhimovun barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi barədə Səbayel Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
İkram Rəhimov məhkəmədə çıxış edərək bildirib ki, heç bir cinayət törtəməyib, barəsində seçilmiş 2 aylıq həbs qətimkan tədbiri qanunsuz olduğu üçün dəyişdirilməlidir.

İ.Rəhimov həmçinin bütün ittihamları rədd edib, onu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovun və Mətbuat Şurasının tutdurduğunu deyib.
"Məni həbs edəndə ilk sualları Əli Həsənov və Mətbuat Şurası haqqında yazılarım barədə olub. Ə.Həsənova yazdığım açıq məktubu özümün yazıb-yazmadığımı soruşdular", -o qeyd edib.

Məhkəmə heyəti jurnalistdən tələb edib ki, mahiyyət üzrə danışsın. Yekunda jurnalistin barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçşilməsi barədə qərar qüvvədə saxlanılıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz