0

İçkili qadın kloun restoranda öldü - Azərbaycanda

Baxış: 227

Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.

Sumqayıt şəhər sakini, təxminən 45-50 yaşlarında olan qadın restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertiza zamanı onun içkili olduğu məlum olub.

Hazırda onun kimliyi və ölüm səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz