0

Şamaxıda dəhşətli qəza, ölənlər var

Baxış: 147

Şamaxıda dəhşətli qəza, ölənlər var

Şamaxı rayonu ərazisində “Shacman” markalı yük avtomobili VAZ markalı minik avtomobili ilə toqquşub. 

Press-az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Çöl Göylər kəndində baş verib.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü, 1946-cı il  təvəllüdlü Zülfüqarov Gülbaba Gülbala oğlunun və sərnişin, 1947-ci il  təvəllüldü  Zülfüqarova Toma  Ağakişi qızının meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz