0

Qısqanc ər arvadını boğaraq öldürdü - Bakıda dəhşətli qətl

Baxış: 211

Qısqanc ər arvadını boğaraq öldürdü - Bakıda dəhşətli qətl

Press-az Open.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü Müsəddiq Qüdrət oğlu Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb.
Hadisəni törədən M.Əliyev tutulub. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz