0

Bakı sakinini kafedə döyüb öldürdülər

Baxış: 159

Bakı sakinini kafedə döyüb öldürdülər

Paytaxtın Xətai rayonunda Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

Press-az-ın xəbərinə görə, hadisə oktyabrın 10-da M.Hadi küçəsindəki “Ordubad” kafesində baş verib.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz