0

Bakıda 10 yaşlı uşaq kişini güllələdi

Baxış: 516

Bakıda 10 yaşlı uşaq kişini güllələdi

Kişi azyaşlı uşağın açdığı atəş nəticəsində ölüb: ehtiyatsızlıq səbəbindən baş verən qətl hadisəsi oktyabrın 20-də Qaradağ rayonunda qeydə alınıb. 

Press-az xəbər verir ki, bu məlumatı “Sputnik Azərbaycan” Qaradağ rayon polis idarəsinə istinadla yayıb. 

Rayonun qaçqın və məcburi köçkünlər üçün salınan Ümid qəsəbəsində “Hatsan Apachi” markalı pnevmatik tapançadan açılan atəş nəticəsində Abbaszadə Rəsul Teymur oğlu öldürülüb.

Aparılan araşdırmalar zamanı onun ehtiyatsızlıq nəticəsində 10 yaşlı qohumu R.N. tərəfindən açılan atəş nəticəsində öldüyü məlum olub. Məlum olub ki, uşaq atasının silahını oynadan zaman qəfil atəş açılıb və güllə Rəsulun ürəyinə tuş gəlib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz