0

Avtobus yenə can aldı, evin tək qızı öldü - VİDEO

Baxış: 651

Avtobus yenə can aldı, evin tək qızı öldü - VİDEO

Bakıda avtobus daha bir nəfəri vuraraq öldürüb. 

Press-az xəbər verir ki, hadisə oktyabrın 19-da Sabunçu rayonunda baş verib.

131 nömrəli marşrut avtobusunun sürücüsü piyada xəttinə əhəmiyyət verməyərək Məmmədova Aysel İbrahim qızını vurub. A. Məmmədova hadisə yerində ölüb. 

Mərhumun ailəsi iddia edir ki, avtobus sürücüsü narkotik aludəçisidir. 

Qeyd edək ki, A. Məmmədova evin tək qızı olub. Bir müddət əvvəl onun qardaşı vəfat edib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz