0

Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir

Baxış: 58
Nəsimi rayonunda 2018-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  oktyabrın 9-da Nazirlər Kabinetinin 2018-ci  ilin doqquz ayının  sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş  iclasındakı nitqindən irəli gələn vəzifələr və Nəsimi rayonu üzrə üçüncü rüb ərzində görülmüş işlər  Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olunmuşdur. İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının  yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat vermiş,  bildirmişdir ki, respublikada əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakının Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmışıdır.
Son illərdə ölkəmizin hərtərəfli inkişafında əldə olunmuş yüksək dinamikaya uyğun olaraq, paytaxtın mərkəzi rayonlarından olan Nəsimi rayonunda da istehsalın artımında, quruculuq-abadlıq işlərinin genişlənməsində, önəmli sosial layihələrin sürətlə gerçəkləşdirilməsində nəzərə çarpacaq uğurlar qazanılmışdır.
Prezident İlham Əliyevin Bakı şəhərinin problemlərinin həllini sürətləndirmək, paytaxtın ümumi gözəlliyini və rahatlığını daha da artırmaq yönündə gerçəkləşdirdiyi layihələr, dövlət proqramlarında nəzərdə tutulan məqsədyönlü quruculuq-abadlıq tədbirlərinin ardıcıl yerinə yetirilməsi, Nəsimi rayonunda sürətli inkişaf və genişmiqyaslı yeniləşməni təmin etmişdir.  Görülən tədbirlərin nəticəsidir ki, cari ilin doqquz ayında rayonun sosial-iqtisadi  həyatını əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövründəkindən xeyli üstün olmuşdur.
Sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının qısa müddətdə təmin edilməsi məsələləri RİH Başçısı yanında Şuranın geniş iclaslarında müzakirə olunmuş, RİHB Aparatı, Sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklər, ikili tabelikdə olan yerli strukturlar, müəssisə və təşkilatların rəhbərlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmiş və əməli tədbirlər həyata keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  bildirmişdir ki, Prezident İlham Əliyevin göstərişinə əsasən, yararsız və ya qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Nazirlər Kabinetinin mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumu görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidən qurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması ilə bağlı qərarı istiqamətində də Nəsimi RİH məqsədyönlü işləri davam etdirir.
      Rayon ərazisində   müəyyən edilmiş ünvanlar üzrə  23 layihə üzrə söküntü-tikinti işləri aparılır.
     Rayon ərazisində aparılan genişmiqiyaslı abadlıq, quruculuq, yenidənqurma və yaşıllaşdırma işləri üçüncü rübdə də  davam etdirilmişdir.
 Hesabat dövründə  rayonun hüquq-mühafizə orqanları ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
2018-ci ilin üçüncü rübündə «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır.
İclasda  Nəsimi  rayon MKTB-nin rəisi Elman Yahyayev,  Nəsimi rayon Sukanal İdarəsinin rəisi Vaqif Cəbrayıllı, Nəsimi RETSİ-nin rəisi Həbib Əzizov, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondnun Nəsimi rayon şöbəsinin müdiri vəzifəsini icra edən İlham Hüseynov və 1 saylı İstilik Sahəsinin rəisi İlham Bəşirov çıxış etmişlər.

    İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər müzakirə olunmuş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz  ayının  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrlə bağlı RİHB yanında Şuranın geniş yığıncağının QƏRARI qəbul edilmişdir.
 
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz