0

Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto

Baxış: 277

Bakıda qız 80 yaşlı anasını çölə atdı - Foto


Press-az xəbər verir ki, Bakıda ağbirçək qadını qızı evdən qovub.

Küçədə qalan 80 yaşlı Əsgərova Cəmilə polislər tərəfindən "Təmiz Dünya" qadın və uşaq sığınacağına gətirilib.

Qadın əvvəlcə polislərə yaddaşsızlıqdan əziyyət çəkdiyi üçün evinə yolu unutduğunu söyləyib. Hər halda "Təmiz Dünya"nın sədri Mehriban Zeynalova sosial şəbəkədə Əsgərova Cəmilənin fotosunu paylaşaraq ailəsinin tapılması üçün kömək istəmişdi.

Bu gün isə məlum olub ki, polislər tərəfindən sığınacağa gətirilən 80 yaşlı qadın süpürgəçi işləyirmiş. İkinci qızı onu evindən çıxarıb və "hara istəyir sən gedə bilərsən" deyib.

Qadının böyük qızı anasının bacısı tərəfindən küçəyə atıldığından sosial şəbəkədən xəbər tutub. Səhəri gün sığınacağa gələrək anasına sahib çıxıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz