0

Tanınmış psixonevroloq diqqəti opera musiqisinə çəkdi

Baxış: 484

Tanınmış psixonevroloq diqqəti opera musiqisinə çəkdi

Yenigundem” xəbər verir ki, tanınmış Psixonevroloq  həkim Leyla Şahbazova özünə məxsus sosial hesablarında maraqlı layihə başladaraq sosial mesaj verməklə, musiqi zövqünün korreksiyası üçün diqqətləri opera musiqisinə çəkmişdir.Belə ki,”Dinlədiyiniz musiqi sizdən danışır” adlı hazırlanmış video paylaşımında dahi bəstəkar Fikrət Əmirovun Sevil Operasından Dilbərin Ariyası səslənmişdir.Paylaşım sosial şəbəkələrdə böyük maraqla qarşılanmışdır.Layihə ilə bağlı Psixoloq.az a açıqlama verən Dr.Leyla Şahbazova son zamanlarda gündəmi zəbt edən bayağı musiqilərin və eləcədə dinləyiciyə çatdırılan bu musiqilərin zamanla insan zövqünü korlamaqla yanaşı psixikaya mənfi təsirlərinin çoxluğundan danışıb.Həkim , insanların dinlədikləri musiqinin  onların intelekt səviyyəsinin , hansı səviyyədə olduğunu göstərdiyini qeyd edib.Psixonevroloq klassik və opera musiqisinin insan psixikasında psixoterapevtik əhəmiyyətə malik olduğunu vurğulayıb

Həmin video paylaşımı sizlərə təqdim edirik.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz