0

Həbibə çempion kəməri verilmədi - Meneceri həbs olundu

Baxış: 1 163
Həbibə çempion kəməri verilmədi - Meneceri həbs olundu.
Las-Veqasda UFC 229 turniri çərçivəsində keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gələn rusiyalı idmançı Həbib Nurməhəmmədova çempion kəməri təqdim edilməyib.
Sfera.az xəbər verir ki, Həbibin meneceri Rizvan Məhəmmədov döyüşdən sonar həbs edilib. Bütün bunların səbəbi isə oyundan sonra tamaşaçı zalında Nurməhəmmədovun azarkeşlə əlbəyaxa dava etməsi olub. Belə ki, Konorla döyüşdən sonra onun tərəfdarlarından biri Həbibə söz atıb. Rinqdən düşən rusiyalı döyüşçü və komanda üzvləri azarkeşə hücum çəkib. Polisin müdaxiləsindən sonra tərəflər aralanıb və Nurməhəmmədov yenidən rinqə qayıdıb. Ancaq ona oktaqon sərhədlərini tərk etdiyi üçün çempion kəməri verilməyib. Daha sonra isə Rizvan Məhəmmədovla komandanın adı açıqlanmayan daha bir üzvü həbs edilib.

Qafqazinfo
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz