0

Bal yarmarkası təxirə salındı

Baxış: 311

Bal yarmarkası təxirə salındı

Bu günə təyin edilən bal yarmarkası təxirə salınıb.

Press-az.com xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

“Hava şəraitinin kəskin şəkildə dəyişməsi ilə əlaqədar vətəndaşların və yarmarka iştirakçılarının rahatlığını nəzərə alaraq, bal yarmarkasının açılış mərasimi təxirə salınır”, - məlumatda qeyd olunur.

Qeyd edək ki, yarmarka Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Azərbaycan Arıçılar Assosiasiyasının rəhbəri Bədrəddin Həsrətovun sözlərinə görə, yarmarka stadionda quraşdırılan çadırda olacaqdı, lakin kəskin külək təhlükəsizlik baxımından risklər yaratdığı üçün tədbir təxirə salınıb.

Yarmarkanın açılış vaxtı küləyin dayanmasına bağlıdır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz