0

Xalq artistindən tələbəsinə: "O dünənki uşaqdır, ayıbdır, adımı çəkməsin"

Baxış: 807

Xalq artistindən tələbəsinə: "O dünənki uşaqdır, ayıbdır, adımı çəkməsin"

Press-az.com xəbər verir ki, əməkdar artist Nigar Şabanova "Gündən-günə" verilişində müəllimi xalq artisti Mələkxanım Əyyubovanı onu ad alması ilə bağlı təbrik etmədiyini bildirərək, bu sözləri demişdi:

"İncik düşmüşdüm, amma indi bir önəm daşımır. Dildə yox, əməldə müəllimim olsaydı, birinci növbədə sevinməli idi".

Xalq artisti Mələkxanım Əyyubova tələbəsi Nigar Şabanovanın onun haqqında dediyi fikirlərə münasibətini bildirib:

"Əvvəla, mənə yaraşmaz ki, onun haqda nəsə danışım! O dünənki uşaqdır, nə olsun ki, əməkdar artistdir? Nigar universitetə daxil olmasında mənim çox əziyyətim olub, amma tələbə olanda sinifdə tapılmayıb. 4 ildə 1-2 dəfə ya dərsə gəlib, ya da yox! Onu küçədə tapıb dərs öyrətməli deyildim ki? Barmaqla saya bilərəm ki, mən onun üçün nələr etmişəm. Mən onu Türkiyəyə, Naxçıvana konsertə, dəfələrlə özümlə efirlərə çıxarmışam. Özüm bir oxuyanda, ona 3 mahnı vermişəm. Saray konsertimdə bir tələbə kimi onu dəvət etmişəm ki, oxusun. Sonra onu AzTV-də verilişlərə təklif edəndə, dedilər ki, Nigar Şabanova olmasın. Daha sonra özü uzaqlaşdı, sərbəst oxudu.  Bir müsabiqəyə getdi, ora da mən onu "Rahab" muğamına hazırladım.

Müsabiqəyə gedəndə mənim adımı heç çəkmədi. Çünki ona demişdilər ki, Mələkxanım müəllimənin adını çəkmə. Bunu da mən eşitdim. Ona demişdilər ki, de ki, Qəzənfər Abbasovun tələbəsiyəm. O deyir ki, Qəzənfərin tələbəsidir. Özü həmişə gəlib deyirdi ki, Qəzənfər müəllim deyir ki, Mələkxanım müəllimədən çox şey öyrən.

"Əməkdar artist" alandan sonra da inciyir ki, müəlliməm məni təbrik etməyib. Müəllim tələbəni təbrik etmir. Tələbə zəng edib uğurlarını müəllimi ilə bölüşür. O deyir ki, müəllimim mənə heç nə öyrətməyib. Mən dünyadan köçən müəllimlərimə, mənə bir nəfəs öyrədən müəllimlərimə də rəhmət oxuyuram. Mən tələbə  ikən nə qədər ucalsam da heç vaxt gözləmərəm ki, müəllimim mənə zəng etsin! Yaxamdan niyə yapışır ki? Əl çəksin də məndən. Ayıbdır axı! Mən şou aləmində heç kimlə qalmaqal etməmişəm. Çəkməsin adımı, qurtardı getdi. Nə o, məni tanısın, nə də mən onu. Bitsin artıq bu söhbət".

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz