0

Qorxmaz Hüseynovun “Hidro İnşaat Servis”inin Babəkdə 19 milyonluq yeyintisi

Baxış: 142

Qorxmaz Hüseynovun “Hidro İnşaat Servis”inin Babəkdə 19 milyonluq yeyintisi

Bazar günü Bakıya yağan yağış məmurların iç üzünü açdı

Paytaxtın kanalizasiya sisteminin qurulmasına ayrılan vəsaitlərin mənimsənildiyi bir daha aşkar oldu.
Şəhərin hər yerini su basdı və onlardan biri də yeni qurulan Babək prospektiydi.

Məlum olur ki, Babək prospektinin yenidən qurulmasında su və kanalizasiya xətlərinin layihələndirilməsi, tikintisi işləri ilə bağlı “Azərsu” ASC-dən tərəfindən ümumilikdə 19,1 milyon manat 7 şirkətə verilib.

Bu haqda Toğrul Mashallı adlı feysbuk istifadəçisi yazıb. Belə ki, “Hidro İnşaat Servis” MMC, “Protean Construction” ASC, “Ekspress Xim Servis” MMC, “Araz İnşaatçı” MMC, “İ and R Construction” MMC, “Eren İnşaat Sanayi ve Ticaret Anonim” şirkətinin filialı və Mühəndis Tikinti Layihə MMC arasında 19, 1 milyon bölünüb. Amma bazar günü Babək prospekti su altında qalıb. Sözügedən şirkətlərin diqqət çəkəni isə “Hidro İnşaat Servis” MMC şirkətidir.

Maraqlı tenderlər sırasından birini də qeyd edək: 2018-ci ilin aprelin 9-da “Hidro İnşaat Servis” MMC “Azərsu” ASC-nin keçirtdiyi 7,6 milyon manatlıq 4 tenderdə qalib gəlib. Maraqlıdır ki, “Buzovna qəsəbəsinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işləri" 284,1 min manata qiymətləndirilib.

Eyni zamanda “Mingəçevir şəhərinin su təchizatı sisteminin yenidən qurulması işləri” isə düz 10 dəfə çox - 2841 min manata başa gəlib. Eyni və ya yaxın rəqəmlər həmişə şübhə doğurur.

Digər tərəfdən Babək prospektində müvafiq işlər 4 milyon manata başa gələcək. Başqa sözlə Babək prospektinin infrastrukturu ya daha pis vəziyyətdədir, ya da Babək prospekti Mingəçevirdən böyükdür.

Cahan.info xəbər verir ki, “Hidro İnşaat Servis” MMC “Azərsu”nun əksər tenderlərinin qalibidir. Arqument.az yazmışdı ki, ASC sədri vəzifə səlaiyyətərindən istifadə edərək qohumlarının yaxın adamlarının adına müxtəlif şirkətlər açaraq həmin şirkətlərin bir çox rayonlarda həyata keçirilən su və kanalzasiya lahiyyələrində iştirakını təmin edərək böyük korrupsiya maxinasiyalarına yol açıb. Bu şirkətlərdən biri də «Hidro-İnşaat Servis» MMC-dir.

Şirkət 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən təsis olunub. Bu MMC 2011-ci il aprelin 15-də qeydiyyatdan keçib və cəmi bir neçə ay sonra «Azərsu»nun layihələrinə cəlb olunub.

«Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra - 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib.

«Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.

Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılova məxsus "Hidro İnşaat Servis” MMC ilə bağlı Arqument-az bilgi verən mənə qeyd edir ki, adıçəkilən şirkətə ASC sədrinin tapşırığı ilə onun ən yaxın adamı Yavər Miriyev rəhbərlik edir.

Bu həmin Yavər Miriyevdir ki, şirkətin Bakı şəhərində həyata keçirdiyi böyük bir layihədə işçilərin əmək haqqısının yarı hissəsini kəsərək gündəmə gəlib.Həmin vaxt Yavər Miriyev əmək haqlarının 2 ayının kəsilməsini başının dərdə olması ilə izah edərək buna görə hüquq-mühafizə orqanlarındakı yüksək rütbəli şəxslərə 300 min manat rüşvət verdiyini iddia edib.

«Hidro-İnşaat Servis» MMC-nin iştirka etdiyi bütün layihələrdə həyata keçirilən işlərin qiymətləri ən azı 5 dəfə şişirdilib. Şişirdilən rəqəmlərdən isə Yavər Miriyevlə ASC sədri Qorxmaz Hüseynov və onun qaynı Namiq Cəbrayılov külli miqdarda qazanc əldə ediblər.

Buna misal olaraq, bir neçə rayonda yaradılan böyük təsərrüfat sahələrdini və on hektarlarla istixanaları göstərmək olar. Məhz Yavər Miriyevlə Namiq Cəbrayılov adı çəkilən rayonda özlərinin şəxsi kənd təsərrüfatı sahələrinə milyonlarla manat vəsait xərcləyiblər.

Məlumatda vurğulanır ki, Yavər Miriyev hər zaman "Azərsu" ASC sədri Qorxmaz Hüseynov və qaynı Namiq Cəbrayılovla isti yaxın münasibətlərindən gen bol danışır. Şirkət rəhbəri bir neçə məclisdə Qorxma Hüseynova Quba rayonun Qəçrəş kəndində möhtəşəm villa tikdirdiyini, həmçinin Türkiyədə ASC sədrinə ev tikdirməsini dəfələrlə dilinə gətirib.

Yeniçağ.az xəbər verir ki, dövlətin su və kanalizasiya layihələrinə ayrıdığı yüz milyonlarla manat vəsaitlərin xərclənməsindən mənimsənilən pullarla böyük sərvət sahibi olan Yavər, Şakir və Rəşid Mireyevlər əllərindəki vəsaitləri xaricə çıxartmağa başlayıblar.

Miriyevlər qardaşlarının Bakı şəhəri “Vişnyovka”da yerləşən və böyük bir sahəni əhatə edən üç villası var. Həmin vilaların qiyməti milyon dollarla ölçülür.

Bundan başqa Yavərə Miriyevə məxsus Albalıq bağlarında şah sarayına oxşayan villa 10 milyon manat dəyərində qiymətləndirilir. İddiaya görə, Yavər Miriyev təkcə villasının pilləkəninə 150 min dollar xərc çəkib.

Qarşı tərəfin mövqeyini verməyə hazırıq.

Cahan.info

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz