0

Hoteldə başı kəsilən qızın qətlinin - TƏFƏRRÜATI

Baxış: 764

Hoteldə başı kəsilən qızın qətlinin - TƏFƏRRÜATI

Abşeron rayonunun Fatmayı kəndi ərazisində hoteldə baş verən qətllə bağlı təfərrüat məlum olub.

Press-az.com-un məlumatına görə, Nəriman Əliyev sevgilisi, 1997-ci il təvəllüdlü Aysel Orucovanı qısqanclıq zəminində başını kəsərək öldürüb.

Belə ki, hadisədən əvvəl Aysel sevgilisi ilə hoteldə görüşüb. Orada intim münasibətdən sonra  aralarında mübahisə yaşanıb. Nəriman qadına bıçaqla xəsarət yetirib, daha sonra onun başını kəsib. O, qadının üstünü örtüb, onun portmanatındakı pulları götürərək hoteli tərk edib.

Ayselin cəsədini hotelin xadiməsi tapıb. 

Məlumata görə, Aysel Orucovanın yeddi aylıq övladı var.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz