0

"Süni mayalanma ilə doğulan uşaq atasız olmur" - Oksana

Baxış: 741

"Süni mayalanma ilə doğulan uşaq atasız olmur" - Oksana

Rəqqasə Oksana Rəsulova süni yolla uşaq dünyaya gətirdiyi üçün onu qınayanlara cavab verib.

Press-az.com xəbər verir ki, sənətçi sosial media hesabında bu üsulla dünyaya göz açan uşaqların atasız olmadığını qeyd edib:

"İllərdir ki, Azərbaycanda sonsuzluğa qarşı olan, övlad həsrəti ilə yaşayan insanlar üçün heç bir müalicə kömək etmədiyi halda - XXI əsrin öndə gedən tibb proseduru süni mayalanmadır. Hal- hazırda qadın sonsuzluğu ilə bərabər kişi sonsuzluğu da geniş yayılıb və bir çox ailələr məhz süni mayalanma üçün həkimlərə müraciət edirlər. Yəni, demək istəyirəm ki, süni mayalanmadan olan uşaq bəzilərinin başa düşdüyü kimi atasız olmur, hər bir uşağın atası var. Vay o günə ki, uşaq atası yanında ola-ola atasız qalsın, belə şeylərdən qorxun, yazın, danışın ki, olmasın! Ona görə də "Süni mayalanmadan olan uşaq atasızdır" kimi fikirlər söyləməyin, günahdır, körpələrin haqqına girməyin. Süni mayalanma nikahlı ailələrə də edilir! Göydə Allah, yerdə isə peşakar həkimlər...Və təbii ki , yanında olan, sənə ürək-dirək verən ailən. Allah arzularınıza və saf niyyətlərinizə çatdırsın".
Qeyd edək ki, Oksana illərdir ana olmaq istəyirdi. O, bu istəyinə süni mayalanma yolu ilə nail ola bilib. Onun oğlu dünyaya gəlib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz