0

Bakıda güclü yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Baxış: 211

Bakıda güclü yanğın - YENİLƏNİB + FOTO/VİDEO

Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli tikilidə (1-ci mərtəbəsi avtoyuma və avtomobil təmiri sexi, 2-ci mərtəbəsi çay evi kimi fəaliyyət göstərir) baş verən yanğın söndürülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.

12:12

Paytaxtın Xətai rayonunda güclü yanğın başlayıb.

Press-az.com-un məlumatına görə, hadisə Nobel prospektində yerləşən çay evində qeydə alınıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. 

Yanğınsöndürmə və digər xilasetmə tədbirləri davam etdirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz