0

Naqif Həmzəyevin Gəncə erası bitdi: deputatın qara günlərinin detalları...

Baxış: 2 571

Naqif Həmzəyevin Gəncə erası bitdi: deputatın qara günlərinin detalları...

Gəncənin deputatı Naqif Həmzəyev üçün karyerasının bitdiyini söyləyənlər var

Sosial şəbəkələrə istinadla xəbər veririk ki, onun növbəti mandat şansının üstündən xətt çəkilib.

Gələn parlament seçkilərində iştirakı gözlənilmir. Onun dayaqlarını itirməsi vəziyyətini ağırlaşdırıb. Belə xəbərlər dolaşır ki, tezliklə Həmzəyev də Gəncəni tərk etməli olacaq.

Məlum hadisələrdən sonra deputat üçün Gəncə erası bitib. Onun nə sözü keçir, nə əlaqələri qalıb. Artıq qarşıdakı parlament dövrünü formal şəkildə yola verməlidir.

N.Həmzəyev Gəncənin güllələnmiş sabiq icra başçısı Elmar Vəliyevə yaxınlığı, onun təlimatlarını yerinə yetirməsi ilə seçilirdi. Ona görə də deputatdan çox, başçı köməkçisi kimi tanınırdı.

İndi yeni icra başçısı Niyazi Bayramov deputatı özünə yaxın buraxmır. Dayaqları sarsılmış N.Həmzəyevə aydın olub ki, növbəti dəfə deputat ola bilməyəcək.

Çünki gəncəlilərin də hörmətini qazana bilmədiyi haqda xəbərlər dolaşmaqdadır. Bu şəhərə daha nüfuzlu millət vəkili seçilməlidir.

Xatırlayırsızsa, millət vəkili Fəzail Ağamalı musavat.com saytına söyüş söyən məmurlarla bağlı açıqlama vermişdi. Millət vəkili güllələnən icra başçısı haqda aşağıdakı fikirləri də söyləmişdi:

“Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir”.

Naqif Həmzəyev isə cavab vermişdi ki, Elmar Vəliyev şəhərdə gedən bütün abadlıq-quruculuq işlərinə birbaşa özü nəzarət edib, daim xalqla təmasda olub.

Cahan.info xəbər verir ki, bir müddət öncə Naqif Həmzəyevin qaranlıq keçmişi ilə bağlı məlumat dərc edilmişdi.

Rublika.Az saytında getmiş yazıda deyilir ki, “Gülənçi şəbəkənin gizli siması – Naqif Həmzəyev” başlıqlı yazıda deputatın qanunsuz əməllərindən və “FETÖ”-çularla işbirliyindən bəhs olunurdu.

Yazıda qeyd olunanlara diqqət edək: “Son dövrlər ölkədə Gülən şəbəkəsinin üzvlərinin fəallaşması barədə cəmiyyətdə müxtəlif fikirlər dolaşmaqdadır.

Maraqlısı odur ki, şəbəkənin üzvləri sırasında adları çəkilən şəxslərin yüksək tribunaya və mövqeyə malik olduqları önə çəkilir.

Məsələni araşdıranda məlum oldu ki, Rəsulzadəni satqın adlandıran deputat özü vətənimizin düşmənləri ilə çox yaxın qohumluq əlaqələri qurub.

Dövlət qurucularını xəyanətdə günahlandıran Naqif Həmzəyevin bu qohumluq əlaqələri Rəsulzadəyə əsl nifrətin səbəbini açıqlamış oldu.

Gəncənin deputatının özbaşınalığı və bu millətə sayğısızlığı təkcə bunlarla bitmir. Xatırladım ki, bir müddət öncə Gəncədə millət vəkilinin qardaşının bıçaqlandığı haqqında məlumatlar mediada dolaşdı. Həmin hadisənin gerçək baş vermə səbəbi bu günə qədər qaranlıq qalmışdı.

Xatırladım ki, deputat qardaşı Saqif Həmzəyevi özünə sürücü kimi işə götürüb. Saqif Həmhəyev Gəncədə tez-tez sərxoş vəziyyətdə avtoxuliqanlıq etməklə diqqət mərkəzinə düşür.

Bir müddət öncə Yeni Gəncə qəsəbəsində yerləşən restoranların birində özünə kef məclisi açan Saqif Həmzəyev, sərxoş olandan sonra ətrafdakıları təhqir etməyə başlayır”.

Qlobal.az-a verilən məlumata görə, seçicilərinin haqqını yerli məmurlardan tələb edə bilməyən deputatlardan biri də Gəncə şəhərindən deputat seçilmiş Naqif Həmzəyevdir.

Milli Məclisə şikayətə gələn gəncəlilərin Naqif Həmzəyevi "taym-aut"da saxlamalarına səbəb deputatın indiyədək heç bir şikayətçinin qayğısını, problemini həll edə bilməməsidir.

Daha doğrusu o problemləri həll etmək iqtidarında olmamasıdır. Ona görə haqqında bu qədər informasiya olan, reputasiyası zədəli deputatın Gəncədən çıxmasına az qalıb...

Cahan.İnfo

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz