0

“Aztelekom”dan şok addım: "Prado" qiymətinə UAZ alınır - 25 ədədinə 850 minə yaxın pul ödəniləcək

Baxış: 2 451

“Aztelekom”dan şok addım: "Prado" qiymətinə UAZ alınır - 25 ədədinə 850 minə yaxın pul ödəniləcək

"Aztelekom” MMC 25 ədəd UAZ avtomobili alır.

"Aztelekom” MMC "Sun Cars” MMC ilə müqavilə imzalayıb.

Müqavilənin predmeti 25 ədəd UAZ -390945-520 (460) tipli avtomaşının alınmasıdır.

Müqavilənin dəyəri 843 min 700 manatdır.

"Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respubliaksı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən şirkətdir.

Qeyd edək ki, həmin UAZ-ların bir ədədinin qiyməti təqribən 34 min manata düşür. Bu isə o deməkdir ki, bir UAZ-ın qiymətinə təxminən "Prado" almaq olar.

Azpolitika.info
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz