0

Prezidentin yeni vəzifə verdiyi Sadiq Sadıqov kimdir?

Baxış: 855

Prezidentin yeni vəzifə verdiyi Sadiq Sadıqov kimdir?

Xəbər verdiyimiz ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Sadiq İzzət oğlu Sadıqov Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinə yeni sədr təyin edilib. 

Məlumata görə, Sadiq Sadıqov 2015-2016-cı illərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) sədrinin birinci müavini vəzifəsində çalışıb.

2018-ci ilin 13 martında isə prezident İlham Əliyevin sərəncamı ilə S. Sadıqov Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib. 

Nəhayət bugünkü təyinat S.Sadıqovu Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədri vəzifəsinə gətirib.

Qeyd edək ki, Sadiq Sadıqov məşhur həkim İzzət Sadıqovun oğludur.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz