0

İmamlarımızın şəhid olan günü yasımı da saxlayacağam, matəmimi də tutacağam - Şəbnəm Tovuzlu

Baxış: 743

İmamlarımızın şəhid olan günü yasımı da saxlayacağam, matəmimi də tutacağam - Şəbnəm Tovuzlu

"Dinlə bağlı bilib-bilmədən danışanlara sözüm budur ki, imamlarımız 9 gün döyüşüb, 10-cu gün isə şəhid olublar".

 Press-az.com xəbər verir ki, bu sözləri konserti Məhərrəmlik ayına təsadüf edən müğənni Şəbnəm Tovuzlu deyib. İfaçı xanım bildirib ki, Aşura günü yas da saxlayacaq, matəm də tutacaq:

"Düzdür, Məhərrəmlik ayıdır. Amma dinlə bağlı lazımsız tənqidlər edənlərə demək istəyirəm ki, yaxşı araşdırsanız görərsiniz ki, imamlarımız 9 gün döyüşüb, döyüşün 10-cu günü isə şəhid olublar. Bu il müsəlman aləmində imamlarımızın şəhid olan günü sentyabr ayının 20-nə təsadüf edir. Həmin gün yasımı da saxlayacağam, matəmimi də tutacağam. Biz dinimizi, imanımızı sevirik və qəlbimizdə yaşadırıq". 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz