0

Hörmətli Cənab Prezident, Etimad və Ehtiram hədəfimiz olan Ölkə başcımız.

Baxış: 2 084

Hörmətli Cənab Prezident, Etimad və Ehtiram hədəfimiz olan Ölkə başcımız.

Sizə uzun müddətdir pərişan vəziyyətdə olan ailəm və öz adımdan üzləşdiyimiz maddi və mənəvi dəyər itkisi səbəbilə ədalətsizliklərin ağlasığmaz şiddət tendesiyası ilə əlaqədar olaraq müraciət edir, dərdimizə dərman ola biləcək göstərişlərinizi diqqətcanlılıqla gözleyirik.


Nəzərinizə çatdırmaq istəyirəm ki, mən Sabirabad rayon sakini Əliyev Elman Tahir oğlu həyat yoldaşım və qızımla birgə bu rayonda yaşayırıq. Qızım, kürəkənim Novruzov Samirin 2012-ci ildə ağır yol-nəqiliyyat hadisəsi nəticəsində vəfatından sonra nəvəm Novruzova Səkinə Samir qızı ilə bərabər himayəmdə yaşayırdı. Lakin 2015-ci ildə ailəmizə daha ağır itki üz verdi. Atasının yadigarı, nəvəm 3 yaşlı Səkinə Novruzova həkim səhlənkarlığı və səhvi nəticəsində həyata vaxtsız vida etdi. Səhhəti 2015-ci ilin mart ayında qəflətən pisləşən azyaşlı nəvəmi təcili olaraq Bakıya çatdırmaq məcburiyyəti bizi daha ağır və gözlənilməz sınaqlar qarşısında buraxdı. Belə ki, nəvəmi ilkin olaraq müayinə üçün təqdim etdiyimiz Ə. Qarayev adına 2 saylı uşaq xəstəxanasında nəvəmi baxış üçün qəbul edən həkim Samirə Orucova sonuncuya səhhətilə əlaqədar olaraq düzgün diaqnoz qoya bilmədiyindən vəziyyət azyaşlı nəvəm və həmdə bizim üçün daha da gərginləşdi. Həm maddi və həm də zaman itkisi nəticəsində mərhum Səkinənin vəziyyəti daha da ağırlaşdı. Belə çxılmaz vəziyyəti biz dərhal Mərkəzi Klinik MMC-ə müraciət etməklə dəyərləndirdik. Nəvəmi ağır vəziyyətdə qəbul edən klinikanın pediatrı həkim Sevinc Abdullayeva məndən 792 manat mənimsəməklə həkim andına ağır laqeyidliyi özündə əks etdirən əməlilə bizi pərişan edən nəticənin yaşanmasına təkan verdi. Məhkəmə-tibbi ekspertizasının verdiyi rəy və məhkəmə prosesləri gedişində həkim Sevinc Abdullayevanın nəzəri ehtimalla nəvəmə təyin etdiyin tibbi xəstəlik diaqnozunun yanlış olduğu sübuta yetirildi. Məhkəmə ekspertləri isə bilə-bilə bir çox hallara nəzərən məhkəmənin qoyduğu suallardan bilərəkdən yayındılar. Nəzərinizə çatdırım ki, nəvəm Səkinə Novruzova yanlış müayinə və müalicə, qoyulan diaqnozların səhv olması ilə əlaqədar olaraq əsas xəstəliyinin inkişafından dolayı 2015-ci ilin avqust ayında vəfat etdi. Qızım övladının itkisilə əlaqədar olaraq ağır depresiyalara düçar oldu. Vaxtında düzgün təyin edilməyən diaqnoz, əməli sürətdə həyata keçirilməsinə laqeyid yanaşılmış tibbi prosedur nəvəmin əsas xəstəliyinin inkişafına aşkar zəmin yaratmaqla onun həyatdan köçməsini əsaslandırdı. Bu itki nəticəsində heç bir maddi gəliri və işi olmayan mənə borclar nəticəsində əldə etdiyim maddi vəsaitlərə görə 22500 manat dəyərində maddi və misilsiz dəyərdə mənəvi zərər dəydi. Nəvəmin vəfatına görə klinika rəhbərlikləri cinayətkar həkimləri işlərindən azad etmədikləri yetməmiş kimi, primitiv bir başınız sağ olsun belə deməmələri ailəmizi daha da sarsıtdı, bizi hüquqi müstəvidə mübarizəyə təşviq etdi. Çünki hər iki klinikanın rəhbərliyinə olan dəfələrlə müraciətimiz cavabsız qaldı. Klinika rəhbərlikləri qərəzli sürətdə öz məsuliyyətlərini etiraf etmədilər. Səhiyyə Nazirliyi belə müraciətimizi məhkəmə qaydasında apellyasiya şikayəti ilə cavablandırdı. Nəticədə ən son olaraq maddi və mənəvi zərərin tutulmasına dair zərər görə Bakı şəhər Apellyasiya məhkəməsi müraciətimizi 3000 maddi və 3000 manat mənəvi zərərlə kompensasiya etmək haqqında qətnamə qəbul etdi. Halbuki bizə dəyən zərərin əvəzinin bu məbləğlə dəyərləndirilməsi ağlabata ola bilməzdi. Qətnamədən narazı qaldığımıza görə Ali Mehkemeye ədalətlinməhkəmə mövqeyinin təcəllisi üçün müraciət etmişdik. Ədalət mühakiməsinin dövlətimizin əsası olduğunu nəzərə almaqla itkimiz üzrə ədalətli məhkəmə qərarının qəbuluna ümid edirdik.Amma Ali Mehkemenin hakimi Enver Şadıyev bize bildiriş göndermeden, eyni zamanda 12-30 a teyin olunmuş mehkeme prosesini qesden qabağa çekerek 10-30 da bizim iştirakımız olmadan keçirmişdir. Bununla da Ali Mehkemenin timsalında qanunun, edaletin her kesin qanun qarşısında beraberliyinin aliliyini deyil, cinayetkarları ve cinayetkarları himaye edenleri qorumağı,geleceyimiz mehv olsun deye şerefli hesab etdi! Netice etibarı ile Mehkeme hakimiyyetinin müsteqil olmaq ve her kesin Mehkemeye müracieti esasında insan hüquq ve azadlıqlarına teminat vermek evezine exlaqsızcasına cinayetkarı müdafiye ederek mesum körpenin qanına ortaq oldu.Hetta ölkenin Baş Prokurorunun bı işle bağlı verdiyi gösterişler bele yerine yetirilmedi.Cenab Prezident indi ümidi sizə bəslədiyimizi səmimi qəlbdən qanunlara itaətkar olan ruhumuzla bəyan edir, sizdən kömək gözləyirik. İMZA: E. Eliyev

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz