0

Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradılıb

Baxış: 172

Ələt azad iqtisadi zonası ilə əlaqədar İşçi qrupu yaradılıb

Azərbaycan prezidenti İlham Əliyev Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az xəbər verir ki, sərəncama əsasən, İşçi qrupu müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə on ay müddətində Azad Zonanın təkmilləşdirilmiş mərhələli inkişaf konsepsiyasını və onun həyata keçirilməsinin ətraflı planını, Azad Zona ərazisinin zonalaşdırılması barədə təkliflərini, ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları və digər məsələləri hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.

İşçi qrupun rəhbəri

Valeh Ələsgərov - Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

İşçi qrupun üzvləri

Samir Nuriyev - Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Kərəm Həsənov - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri

Əli Abdullayev - Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini

Azər Bayramov Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Niyazi Səfərov - Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Rauf Hacıyev - Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini

Süleyman Mikayılov - Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı

Saleh Məmmədov - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Qorxmaz Hüseynov - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri

Balababa Rzayev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

Taleh Ziyadov - “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

Vüqar Əhmədov - “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini

Əkbər Hacıyev - “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz