0

Valideynlər şikayətçidir: "Məktəbli qızlarımıza söz atırlar"

Baxış: 257

Valideynlər şikayətçidir: "Məktəbli qızlarımıza söz atırlar"

Nərimanov rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən 207 nömrəli tam orta məktəbə gedən şagirdlər və valideynlər həmin ərazidə peyda olan manyaklardan şikayət edir.

Bu barədə Open.az-a sosial şəbəkə istifadəçisi Eldəniz Cəfər məlumat verib. Onun sözlərinə görə, həmin ərazi daim polis nəzarətində olmasına baxmayaraq günortadan sonra əxlaqsızlıq edənlərin məskəninə çevrilir:

“Həmin yoldan keçib məktəbə gedən qızlara və hətta onların valideynlərinə, yəni qadınlara söz atırlar. Avtomobildə olan şəxslər qız uşqları üçün xüsusilə təhlükəlidir. Ərazidə vaxtaşırı Post Patrul Xidmətinin maşınları olsa da, sevişmək istəyənlər maşınla gəlib həmin yerdə dayanırlar. Günün müxtəlif saatlarında əxlaqsızlıqla məşğul olurlar. Burada polisin üzərinə məsuliyyət düşür. Həmin ərazidə yaşayanlar vəziyyətdən narahatdılar. Polisə şikayət etməyiblər, çünki qadınlar belə şeyləri ictimailəşdirməyə utanır. Mənə şəxsən qonşularımdan da deyən olub. Amma özüm də axşam saatlarında orada maşında sevişən adamlar görürəm”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, vətəndaşlar qarşılaşdıqları qanun pozuntusu barədə ərazi üzrə polis idarəsinə və ya “102” xidmətinə müraciət etməlidirlər: “Bu zamana kimi rəsmi şikayət edilibsə, məsələ araşdırılacaq”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz