0

Media ilə yaxşı işləyən qurumlar hansılardır? - SİYAHI

Baxış: 158
Media ilə yaxşı işləyən qurumlar hansılardır? - SİYAHI
 
Son zamanlar bəzi hökumət qurumlarının mətbuat xidmətləri ilə işləmək jurnalistlər üçün sözün əsl mənasında problemə çevrilib.
"Kommersant.az" xəbər verir ki, həmin hökumət qurumlarının mətbuat xidmətləri ya jurnalistin sorğusunu gec cavablandırır, ya da ümumiyyətlə cavabsız qoyur.

Hansı dövlət qurumlarının mətbuat xidmətləri yaxşı işləyir sualına cavab tapmaq üçün həmkarlarımız arasında "Mətbuat xidməti yaxşı işləyən dövlət qurumları hansılardır?" sualı ilə kiçik sorğu keçirdik. Təxminən 20 respondentin iştirak etdiyi sorğunun nəticələrindən aydın oldu ki, jurnalistlərlə ən yaxşı işləyən qurumların ilk üçlüyü aşağıdakı kimidir:

Bakı Nəqliyyat Agentliyi (BNA)

"ASAN Xidmət"

"Bakı Metropoliteni"

Digər yerləri isə Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Xidməti, Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX), Xarici İşlər Nazirliyi (XİN), Ekalogiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Energetika Nazirliyi, "Azərişıq ASC", Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, İqtisadiyyat nazirliyi Azad İstehlakçılar Birliyi, Hesablama Palatası, Mərkəzi Bank, "Azərsu", "Baku Bus", "Azəriqaz", Əmlak Məsələləri Dövlət Komitəsi, Səbail Rayon İcra Hakimiyyəti və Abşeron Rayon İcra Kakimiyyətinin mətbuat xidmətləri bölüşür.

Qeyd edək ki, sorğuda iştirak edənlər arasında Təhsil Nazirliyi və "Azəriqaz"ın mətbuat xidmətlərinin fəaliyyətindən narazılıqlarını bildirənlər də olub.
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz