0

Arıqladan meyvə

Baxış: 149

Arıqladan meyvə


Çiyələk arıqlamağa kömək edir. ABŞ-da və İsveçdə aparılan elmi araşdırmalar zamanı bu nəticə üzə çıxıb. Bundan əlavə çiyələyin bir çox xəstəliklərdən müdafiəyə köməkçi olduğu da üzə çıxıb. Mütəxəssislərin sözlərinə görə, çiyələyin içərisində olan faydalı maddələr insan sağlamlığı üçün önəmlidir.

Möcüzə meyvənin insan sağlamlığına olan faydaları isə bunlardır:

Çiyələyin tərkibindəki antioksidantlar iştahanın azalmasına kömək edir, qan şəkərini tənzimləyir və sağlam şəkildə arıqlamağa kömək edir.

Yaraların və iltihabların tez sağalmasında böyük rol oynayır.

Meyvənin suyunda olan anti şiş maddələr ağciyər xərçəngi hüceyrələrinin yaranmasının qarşısını alır. Beyinin yaşlanmasını gecikdirir.

Çiyələyə qırmızı rəng verən maddə infarkt riskini azaldır. Damarlardakı təzyiqi tənzimləyir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz