0

İzzət Bağırov: Bakıda qan çıxaranlara qoşulmamışam

Baxış: 483

İzzət Bağırov: Bakıda qan çıxaranlara qoşulmamışam 

Müğənni İzzət Bağırov “Səhər-səhər” proqramına qonaq olub.

Oxu.Az xəbər verir ki, sənətçi ötən il zəncir vurması ilə bağlı yayılan videosundan danışıb.

Müğənni bildirib ki, görüntülər İraqda lentə alınıb.

“Toy, şənliklərdə iştirak etməyəcəm, Bakıda olacam. Baxmayaraq ki, bundan əvvəl Məşəddə, Kərbəlada olmuşam. Ötən il İraqda zəncir vurmağım birmənalı qarşılanmadı. İnsanlar başa düşmədi ki, belimə çırpdığım zəncir dəmirdən yox, plastmasdan hazırlanıb. Zəncir süni idi, insana zərər vermir. Bakıda da qan çıxaranlara qoşulmamışam, fitva var. Qan çıxarmaq olmaz”, - deyə İzzət bildirib.

Qeyd edək ki, müğənni son vaxtlar ssenarisini özünün yazdığı “Ümidlər puç olanda” adlı filmlə gündəmdədir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz