0

“Azərsu”nun smart kartları Xaçmaz küçələrində uçuşur – Fotolar

Baxış: 237

“Azərsu”nun smart kartları Xaçmaz küçələrində uçuşur – Fotolar


Xaçmazın Qımıl kənd camaatı çox qəribə və əcaib bir mənzərə ilə qarşılaşıb. Sanki kimsə möhkəm əsəbləşib ya da içkili halda olub, əlindəki “Azərsu” abonentlərinə aid smart kartları küçəyə töküb.

AzEuroNews.com-un verdiyi məlumata görə, bunu kimin etdiyi bilinmir. Lakin küçəyə atılan su kartlarının fotoları sosial şəbəkədə yayılıb.

Kəndin ortasına abonentlərin smart kartlarının tökülməsinin səbəbi aydın deyil. Müəmmalı şəkildə yerə səpələnən kartların kimlərdən yığıldığı və yaxud oğurlandığı bilinmir.

Xaçmaz Su-Kanal idarəsi rəisi Teyyub Sultanovun məsələyə nə şərh verəcəyi maraqla gözlənilir. Bəzi iddialar səslənir ki, bu hərəkət onun tərəfindən edilib.

T.Sultanovun üzərində abonentlərin smart kartlarını gəzdirdiyini söyləyənlər var. Onun açıqlamasını gözləyirik…







 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz