0

Azərbaycan Ankarada, Türkiyə Bakıda mədəniyyət mərkəzi açacaq

Baxış: 207
Azərbaycan Ankarada, Türkiyə Bakıda mədəniyyət mərkəzi açacaq

Azərbaycanın Türkiyənin paytaxtı Ankara şəhərində, Türkiyənin isə Azərbaycanın paytaxtı Bakı şəhərində mədəniyyət mərkəzləri fəaliyyət göstərəcək.

Press-az.com-un verdiyi məlumata görə, bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsinin sentyabrın 12-də Milli Məclisin (MM) qarşıdan gələn payız sessiyası ilə bağlı ilk iclasında müzakirə olunub.

Sazişdə göstərilir ki, Bakı və Ankara ilə yanaşı, Türkiyənin və Azərbaycanın digər şəhərlərində də mədəniyyət mərkəzlərinin şöbələri təsis edilə bilər. 

Müzakirələrdən sonra sazişin ratifikasiya olunması payız sessiyasının plenar iclasına tövsiyə edilib.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz