0

Nazirdən baş həkimlərə xəbərdarlıq: - “Yolverilməzdir!”

Baxış: 1 428
Nazirdən baş həkimlərə xəbərdarlıq: - “Yolverilməzdir!”


“Xoşagəlməz halların qarşısını vaxtında almaq üçün müxtəlif tədbirlər görülür, məlumatlar verilir. Lakin bütün bunlara baxmayaraq, yenə də 18 min hamilə qadın məsləhətxanasına müraciət etməyib”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Open.az-a verilən məlumata görə, bunu Səhiyyə Nazirliyində doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin 8 ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş Kollegiya iclasında nazir Oqtay Şirəliyev deyib.

Nazir qeyd edib ki, bu çox böyük rəqəmdir və yolverilməzdir: “Belə halların azaldılması üçün maarifləndirmə işləri gücləndirilməli, yeni layihələr və təkliflər irəli sürülməlidir”.

İclasda O. Şirəliyev doğum evlərinin və qadın məsləhətxanalarının baş həkimlərinə müvafiq tapşırıqlar verib.
 


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz