0

Millimiz İtaliyada sonuncu oldu

Baxış: 262

Millimiz İtaliyada sonuncu oldu

İtaliyanın Sardiniya adasındakı Alqero şəhərində təşkil edilən Avropa Super Finalında iştirak edən çimərlik futbolu üzrə Azərbaycan milli komandası sonuncu oyununu keçirib. 

Press-az.com xəbər verir ki, millimiz VII yer uğrunda görüşdə Ukrayna ilə qarşılaşıb və 1:5 hesabı ilə məğlub olub. Komandamızdan yeganə qolu Amid Nəzərov vurub.

Qeyd edək ki, bununla da millimiz turnirin bütün görüşlərində məğlub olub. Zeynal Zeynalovun baş məşqçisi olduğu komandamız qrup mərhələsində İspaniyaya 4:5, Portuqaliyaya 0:9 və İsveçrəyə 5:8 uduzub. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz