0

Sərhəd Xidmətinin əsgərinə üç bıçaq zərbəsi vuruldu

Baxış: 405

Sərhəd Xidmətinin əsgərinə üç bıçaq zərbəsi vuruldu

Bu gün Dövlət Sərhəd Xidməti (DSX) hərbi hissəsinin 21 yaşlı əsgəri Ceyhun İsgəndərov üç bıçaq yarası alıb.

Bu barədə Oxu.Az-a DSX-nın mətbuat mərkəzindən məlumat veriblər.

Hadisə saat 15 radələrində baş verib. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş müddətində əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə müraciət edən 1986-cı il təvəllüdlü Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu özü ilə gətirdiyi bıcaqla qəfildən əsgərin döş və qarın nahiyəsinə 3 zərbə endirib.

Əsgərin həyatını xilas etmək üçün dərhal təxirəsalınmaz tədbirlər görülüb, yaralı Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər C.İsgəndərov hazırda əməliyyat olunur, vəziyyəti ağırdır.

Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib. Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev hadisə ilə əlaqədar Sumqayıt Təxirəsalınmaz təcili tibbi yardım xəstəxanasına gəlib.

Sərhədşi əsgərə hücum edən C.Hüseynov saxlanılıb. Hadisə barədə hərbi prokururluq orqanlarına məlumat verilib.

Hazırda insidentlə əlaqədar müvafiq tədbirlər davam etdirilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz