0

Manatın altı aylıq məzənnəsi açıqlandı

Baxış: 823

Manatın altı aylıq məzənnəsi açıqlandı

Cari ilin birinci rübündə manatın dollara qarşı orta günlük rəsmi məzənnəsi 1.7001 manat təşkil edib. 

Mərkəzi Bankdan  verilən məlumata görə, banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olub.

Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6957, satış məzənnəsi isə 1.7022 manat təşkil edib. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.3% (0.0044 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0021 manat) olub. 

Dövr ərzində manat dollara qarşı 0.01%, türk lirəsinə qarşı 17.3%, avroya qarşı 2.4%, İngiltərə funt sterlinqinə qarşı 2.5%, rus rubluna qarşı 8.1% möhkəmlənib. İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 3.2 mlrd. dollar ekvivalentində olub. Bunun 2.5 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz