0

Bakıda pendir, kolbasa istehsalı azalıb

Baxış: 254

Bakıda pendir, kolbasa istehsalı azalıb

Cari ilin yanvar-iyul aylarında paytaxtın qida məhsulları, içki və tütün məmulatlarının istehsalı sahələrində 559 milyon 700 min manat dəyərində məhsul istehsal edilib. 

Bakı Statisika İdarəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə  müqayisədə 2018-ci ilin yanvar-iyul aylarında tütün məmulatlarının istehsalında 71,8 faiz, içki istehsalında 4,4 faiz artım, qida məhsullarının istehsalında isə 10,3 faiz azalma müşahidə olunub.

Konkret olaraq hesabat dövründə 1 712,9 ton kolbasa, 232,6 ton pendir, kəsmik, 28,9 min ton buğda kəpəkləri, 3 846,5 ton qablaşdırılmış çay, 32,6 min ton insanın qidalanması üçün yararlı olan duz istehsal edilib. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyul ayları ilə müqayisədə kolbasa istehsalı 3,7 faiz, pendir, kəsmik istehsalı 28,3, qablaşdırılmış çay 7,9, buğda kəpəkləri 34,5, insanın qidalanması üçün yararlı olan duz istehsal isə 4,5 faiz azalıb. 

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sahələrin əsas məhsullarından şirin peçenye 36,7, içli sair şokolad şirniyyat məmulatları 30,9, araq 24,4, papiros və siqaretlərin istehsalı 71,8 faiz artıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz