0

Milli Məclisin xüsusi iclası keçiriləcək

Baxış: 189

Milli Məclisin xüsusi iclası keçiriləcək

Senyabrın 20-də Milli Məclisin (MM) xüsusi iclası keçiriləcək.

Bu haqda Oxu.Az-a MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu (Nəsirov) məlumat verib.

O qeyd edib ki, xüsusi iclas Azərbaycan Parlamentinin 100 illiyi iilə bağlıdır

Qeyd edək ki, 2018-ci il prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. 

Həmin sərəncamdan da irəli gələrək, ilboyu həm xarici ölkələrdə, həm də ölkə daxilində bununla bağlı silsilə tədbirlər keçirilir.

Odur ki, bu il həm də Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi tamam olduğu üçün MM-in xüsusi iclasının keçirilməsi də nəzərdə tutulub.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz