0

Qonşuları “Toppuş bacını” “öldürdülər”

Baxış: 1 523

Qonşuları “Toppuş bacını” “öldürdülər”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Tünzalə Əliyevada yenidən xərçəng aşkarlanıb.

Press-az.com xəbər verir ki, sənətçi müalicəsinə davam edərək kimyaterapiya alır və şüa qəbul edir.

Vəziyyəti isə yaxşıdır. Lakin aktrisanın qonşularından bir nəfər sosial şəbəkədə onun vəfat etdiyini iddia edib.

O, “30 dəqiqə əvvəl keçinib. Mühafizədən soruşdum, o da təsdiqlədi”, - deyə yazıb.

Ancaq məlum olub ki, Tünzalə Əliyeva hazırda terapiyadan çıxıb və evinə gedir. Bu gün sənətçinin həyat yoldaşı Röyalın doğum günüdür.

Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirilib.

Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz