0

Bakıda ana ilə oğlu eyni vaxtda tələbə oldu

Baxış: 513

Bakıda ana ilə oğlu eyni vaxtda tələbə oldu

Artıq ali təhsil müəssisələrinə qəbul imtahanları başa çatıb. Yüksək rəqabətlə müşahidə olunan qəbul imtahanları maraqlı faktlarla yadda qalıb.

Press-az.com Yeniavaz.com-a istinadən xəbər verir ki, builki qəbul imtahanlarında ana və oğlu tələbə adını qazanıblar.

Bakı şəhəri 328 saylı məktəbdə ibtidai sinif müəllimi işləyən Kifayət Cabbarova Azərbaycan Kooperasiya Universitetinin İngilis dili fakültəsinə qəbul olunub.

O, qiyabi formada təhsil alacaq.

Oğlu Hüseyn Cabbarlı isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbəsi adını qazanıb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz