0

Cüdoçumuz Avropa çempionu oldu - FOTO

Baxış: 505

Cüdoçumuz Avropa çempionu oldu - FOTO

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

Press-az.com-un xəbərinə görə, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

Belə ki, 100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımovbütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 


Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub.

Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz