0

“Qarabağ”ın dağıdılmasına dözməyib özünü güllələyən Mayor Əvəzovun qızı danışır: "Atam demişdi ki, ..."

Baxış: 869

“Qarabağ”ın dağıdılmasına dözməyib özünü güllələyən Mayor Əvəzovun qızı danışır: "Atam demişdi ki, ..."

Qazaxıstanın paytaxtı Astana şəhərinin ətrafında, Karaqanda və Pavlodar vilayətlərini birləşdirən şosse yolunun kənarında yerləşən “Qarabağ” adlı kafesinin sökülməsinə dözməyən azərbaycanlı Mayor Əvəzovun özünü güllələyərək intihar etməsi bu ölkədə geniş rezonans doğurub.

Press-az.com Virtualaz.org-a isitnadən xəbər verir ki, “Tengrinews.kz” portalının müxbiri hadisə yerində olub və intihar edən azərbaycanlı-60 yaşlı Əvəzov Mayor Rəşid oğlunun qızı, 23 yaşlı Tünzalə Rəşidli və sahibkarın yas məclisinə toplaşan azərbaycanlılarla söhbətləşib

Xatırladaq ki, bu faciə avqustun 16-da baş verib. Astana məhkəməsi kafenin yerləşdiyi torpaq sahəsinin dövlətə məxsus olduğunu əsas gətirərək obyektin sökülməsi haqda ötən il qərar çıxarıb. Əvəzov qərardan şikayət verib və uduzub. Nəhayət həmin gün məhkəmə icraçıları polisin müşaiyəti ilə kafeni sökməyə gəliblər. Bu vaxt Əvəzov kafenin yaxınlığındakı meşəyə çəkilərək özünü ov tüfəngindən vurub. Hadisə ilə bağlı intihara məcbur etmə maddəsi ilə cinayət işi qaldırılıb.
 

Sayt yazır ki, o qədər də böyük olmayan kafeni Mayor Əvəzov 2010-cu ildə tikmişdi. Qızının bildirdiyinə görə atası kafenin yerləşdiyi torpaq sahəsini icarəyə götürüb.
“Bu torpaq sahəsi 2015-ci ilə qədər bir şirkətə məxsus olub. Biz onu 2020-ci ilə qədər icarəyə götürmüşdük. Bütün sənədlərimiz, müqaviləmiz var. Vergiləri verirdik, hər şey necə lazımsa. Lakin 2015-ci ildə şirkətdən həmin torpaq sahəsini müsadirə ediblər, bizə heç kim bu barədə xəbər verməyib. Həmin vaxt tikili artıq mövcud idi. O, kafeni özü tikmişdi. Burada biz maşınla yol keçən adamlara yemək verirdik. Və özümüz də burada yaşayırdıq-mən, anam, atam”-intihar edən Əvəzovun qızı danışır.
 

Tünzalə bildirir ki, texnika kafeni sökməyə başlayandan bir az sonra atasının intihar etdiyini öyrənib. “Biz başa düşürdük ki, kafeni boşaltmaq lazımdır, amma xahiş etmişdik vaxt versinlər ki, əşyaları, avadanlığı daşıyaq. Baş prokurorluqda bizə sentyabrın 10-na qədər vaxt vermişdilər ki, əşyalarımızı çıxaraq. Amma buna baxmayaraq sökməyə başladılar”-o deyir.
Tünzalə danışır ki, atasının ov tüfənginin olduğunu bilmirdi. “Mən atəş səsi eşitmədim, sadəcə onu gördüm ki, adamlar oradan qaçır və “Öldü, öldü” deyə qışqırır”-o xatırlayır.
Faciənin baş verdiyi yerə Əvəzovun qohumları və tanışları toplaşıb. Yol kənarındakı kafedə yas məclisi qurulub, ehsan verilir. Əvəzovu doğulduğu Azərbaycanda dəfn edəcəklər.

“O, qaçqın idi. 90-cı illərdə Qazaxıstana gəlmişdi, onu rəsmən qaçqın kimi tanımışdılar, sonra vətəndaşlıq aldı...Əvvəllər onun Həştərxan şossesinin kənarında kafesi var idi, amma yandı. Sonra isə bu kafeni özü tikmişdi”-Əvəzovun qohumu Rabil Quliyev bildirir.
Sayt kafenin söküləməsi barədə videorolik də yayıb. Kadrlardan görünür ki, kafnn sahibi söküntü üçün gələnlərdən əşyaları çıxarmaq üçün vaxt istəyir, texnikanı dayandırmağı tələb edir. Əşyaları çıxarmaq üçün iki nəfərin içəri keçməsinə icazə verilir...
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz