0

Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR

Baxış: 962

Gəncədə şəhid olan polislərin 40 mərasimi keçirilib - FOTOLAR


Bu gün 10 iyul Gəncə iğtişaşlarında şəhid olan polislərimizin 40 mərasimidir. Bu münasibətlə Gəncə ictimaiyyəti və polislərin yaxınları toplaşıb, onların qəbirlərini ziyarət ediblər.

Press-az.com Musavat.com-a isitnadən xəbər verir ki, həmin ziyarətdən bir neçə fotonu paylaşmaqla,şəhid polislərimizə Allahdan rəhmət diləyir.

Xatırladaq ki, iyulun 10-u saat 20 radələrində 150-200 nəfər dini radikal Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündə toplaşaraq asayişi pozmağa cəhd göstərib. Aksiya iştirakçılarının polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərib, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini polkovnik İlqar Balakişiyevi və Nizami Rayon Polis İdarəsinin rəis müavini polkovnik-leytenant Səməd Abbasovu qətlə yetiriblər.
Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü, 228.4-cü və 315.2-ci maddələri ilə cinayət işi aparılır.
 

 
 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz