0

Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA

Baxış: 744
 

Mərkəzi Neftçilər Xəstəxanasında ÖZBAŞINALIQ - İDDİA


Bu ilin aprel ayında Mərkəzi Neftçilər Xəstəxanasına baş həkim təyin olunan Hüseyn Şahmalıyev sözügedən tibb ocağının işçilərindən haqq toplayır, onlara aylıq racon kəsir... Bu sözlər daxil olan müraciətdə qeyd olunub.

Müraciət müəllifləri iddia edirlər ki, əvvəllər xəstəxananın Poliklinika şöbəsinin müdiri olmuş Hüseyn Şahmalıyev bütün həkim heyətinin aylıq qazanclarından 10-100 manat arası pulu xəstəxananın fonduna "cəlb edir" ki, bu da narazılıq yaradır.

Daxil olan müraciətdə deyilir: "Bütün tibb personalından 10-100 manat arası pul toplanılır. Az qazanandan az, çox qazanandan çox. Hələ də bilmirik ki, həmin pullar nəyə sərf olunur. Onsuz da xəstəxanamız təsərrüfat hesablıdır. Görünür, baş həkim baş direktorla birgə bu pulları öz aralarında bölürlər".

Qeyd edək ki, iddia olunanlarla bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə çalışsaq da, kimsə suallarımıza cavab verməkn istəmədi. Yenə də qarşı tərəfi də dinləməyə hazırıq...

DİA.AZ

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz