0

Biləsuvarın hərbi komissarı generala niyə savaş açıb

Baxış: 616

Biləsuvarın hərbi komissarı generala niyə savaş açıb


Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis Arzu Rəhimovun təyinat almasından sonra əvvəlcə “köhnə qvardiya”nın təmizlənmə prosesi aparıldı. İnsafən desək çox ciddi irəliləyişlərin şahidi olduq. Daha vətəndaşlar övladlarının həqiqi hərbi xidmətə yararlı olmadığı halda yararlılardan rüşvət almaqla əvəzinə xəstə övladlarının soyuq kazarmalarda hərbi xidmət keçmələrinin şahidi olmadı. 

Azerinfo.tv bildirir ki, daha əvvəlcədən hansı hərbi hissəyə göndərilməklə bağlı işbazların rüşvət məzənnəsi ilə üzləşmədik. Bir çox ciddi islahatlar aparan general-leytenant Arzu Rəhimovun rəhbərliyi altında bu gün adıçəkilən sahədə müsbət fəaliyyətin çahidiyik
Ancaq bəzi köhnə kadrların, yəni Əliağa Hüseyinov dövründən qalmış keçmiş komissarların ürək açmayan fəaliyyətləri barədə də məlumatlar alırıq. Keçək mətləbə Ağdam rayonunda hərbi komissar işləmiş, hazırda Biləsuvar rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi olan Namiq Osmanovun “yararsız əməliyyatları”barədə məlumat aldıq. 

Qeyd edək ki, bu şəxs baradə mətbut dəfələrə yazıb.
Onun Bakının Səbail rayonu Badamdar qəsəbəsindəki Dostluq parkı ərazisində 46-dan artıq villanın sökülməsi prosesi zamanı həmin ərazidə villasının aşkar olunması faktı, yaxud Ağdam rayonunda işləyərkən “Şahvəlilər”dəki olay haqda geniş ictimayyətə məlumatlar verilib.
O da deyilir ki, rayonda çağırışçılar üçün möhlət hüququna görə qiymət 400-500 manata çatıb. Hərbidən birdəfəlik yayınmanın qiyməti on dəfə artıqdır.
Digər tərəgdən Namiq Osmanovun SHXÇDX-nin rəisi general-leytenant Arzu Rəhimova hal-hazırda savaş açan , Füzulinin keçmiş hərbi komissarı kapitan Anar İsmayıovla yaxın olduğu deyilir. Ümumiyyətlə generala qarşı savaş açanların içində hazırda vəzifədə olan bir neçə rayonun hərbi komissarı var. Namiq Osmanov onların arasında xüsusi aktivliyi ilə seçilir.
Qarşı tərəf mövqeyini bildirə bilər.
Azerinfo.tv
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz