0

Mehman Hüseynovun məhkəmə vaxtı bəlli oldu - Tanımış bloger bu ayın 24-də azadlığa çıxa bilər

Baxış: 486
Həbsdəki bloqqer Mehman Hüseynov vaxtından əvvəl şərti azadlığa buraxılması məsələsi ilə bağlı məhkəmənin vaxtı məlum olub.
Press-az.com musavat.com-a istinadən xəbər verir ki, bloqqerin ərizəsinə avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin hakimi Rəşad Məmmədov baxacaq.

Hakimin M.Hüseynovun vaxtından əvvəl buraxılma ilə bağlı ərizəsinə elə onun saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsində baxacağı bildirilir.
M.Hüseynovun vəkili bildirib ki, bloqqer CM-nin 76-cı (vaxtından əvvəl şərti azad edilmə) maddəsinə əsaslanaraq, məhkəməyə müraciət edib.
Qeyd edək ki, M.Hüseynov ona verilmiş iki il azadlıqdan məhrumetmə cəzasının 1 il 5 ayından çoxunu çəkib.

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz