0

Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Baxış: 28

Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbərə münasibət bildirib. 

Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat həqiqətə uyğun deyil, onun növbəti yalanı və təxribatıdır. 

“Bu məlumat Ermənistan ordusunun çökməsindən və öz cəmiyyətində hökm sürən deqradasiyadan diqqəti yayındırmaq cəhdindən başqa bir şey deyil. 

Azərbaycan Ordusunun bölmələri heç bir əməliyyat həyata keçirməyib və əməliyyat şəraitinə tam nəzarət edir”, - MN-dən vurğulanıb.

Qeyd edək ki, erməni kütləvi informasiya vasitələri guya Azərbaycan kəşfiyyat-diversiya qrupunun təxribatının qarşısının alınması barədə məlumat yayıb. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz