Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qandonduran hadisələr! – FOTO » Press-az
0

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qandonduran hadisələr! – FOTO

Baxış: 1 066

Aidiyyatı qurumların diqqətinə !!! İcbari Tibbi Sığortanın tətbiq olunduğu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasındakı baş verən ilginc olaylar ciddi araşdırma mövzusudur.
Məlum oldğu kimi İcbari Tibbi Sığorta üzrə Dövlət Agetntliyi yarandğı gündən fəaliyyətinin tərkib hissəsi kimi ilk dəfə Mingəçevir şəhərində və Yevlax rayonunda tətbiq olunmağa başlayıb.Dünya təcrübəsində də olduqca uğurlu nəticələr verən bu böyük layihənin gecə də olsa icrası uzun illərdir keyfiyyətsiz səhiyyə xidmətlərindən əziyyət çəkən aztəminatlı bölgə sakinləri üçün əslində ən böyük ümid yeri oldu.Təbii ki, dövlətimizin bu sahədə atdığı addımı təqdirəlayiq hesab etməmək ədalətsizlik olardı.Bu zaman ortaya bir neçə sual çıxır.Bəs görəsən,layihənin icrasından ötən bir il ərzində İcbari Tibbi Sığorta ondan yararlanan Mingəçevir sakinlərinə nə verdi?Bu pilot layihənin icrası effektiv şəkildə həyata keçirilə bildimi?Əhaliyə göstərilən tibbi xitmədin keyfiyyəti sakinləri razı saldımı? Məhz bu suallara cavab tapmaq məqsədi ilə müşahidələrimiz əsasında kiçik də olsa bir araşdırma aparmaq qərarına gəldik.Öncə qeyd edim ki,bir neçə şəhər sakini ilə söhbətdən əldə etdiyim məlumata görə İcbari Tibbi Sığorta üzrə Dövlət Agetntliyi baş ofisində vətəndaşlarala iş, onların müraciətinə münasibət və orada göstərilən diqqət sözün əsl mənasında təqdirəlayiqdir.Bir sözlə,demək olar ki,gənclərdən ibarət olan agentlik əməkdaşları öz işlərini yüksək etik normalar və qarşılarına qoyulan vəzifələr çərçivəsində icra edirlər.Təbii ki,bu pilot layihənin ən üstün,eyni zamanda müsbət cəhətlərindən biri uzun illərdir Səhiyyə Nazirliyinin tabeliyində olandan guya pulsuz,əslində isə olduqca bahalı və kasıblar üçün əlçatan olmayan cərrahi əməliyyatların Gəncə və Bakı şəhərlərində pulsuz həyata keçirilməsidir.Məsələn,xeyli sayda insanın,o cümlədən ərazidə yaşayan məcburi köçkünlərin onurğa və ürək əməliyyatları Gəncə şəhərindəki Beynəlxalq xəstəxanada,o cümlədən Tibb Universitetinin Tədris-Cərrahiyə Klinkasında İcbari Tibbi Sığortanın vəsaiti hesabına aparılıb.Həmçinin, bahalı diaqnostikalar- MRT, Rentgen, USM-lər pulsuz həyata keçirilib. Mingəçevir xəstəxanada xəstələrin qidalanması normal təmin edilib və edilir. Həkimlərə xəstənin qəbulu zamanı pul almaq yeni pilot layihənin tələblərinə görə qadağan olunub. Xəstələrin dərmanla təminatı yaxşılaşıb. Xəstəxananın təhlükəsizliyi ilə bağlı tələblər də yüksək səviyyədə qurulub.Əvvəllər soyuqdan donan xətələrin rahatlığını təmin etmək məqsədi ilə bu səhiyyə ocağının istilik sistemi normal səviyyədə işləyir. Bir sözlə,mingəçevirlilərin dövlətimizin bu layihəsindən yaxşı mənada gözləntiləri çoxdur və bunun icrasını dəstəkləyirlər.Hətta,ölkə başıçısı cənab prezident İlham Əliyevin əhalinin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması ilə bağlı müvafiq addımlarını təqdir edirlər.Ancaq bütün bunların fonunda dövlətimizin milyonlar xərclədiyi bu mühüm layihənin Mingəçevir şəhərində effektiv icra olunmasında çox ciddi nöqsanlar var. Bunun bilavasitə Mingəçevir xəstəxanasının Publik hüquqi şəxs statsulu rəhbərliyindən qaynaqlanması birmənalıdır.Belə ki apardığımız sorğu xarakterli araşdırma zamanı sadə vətəndaşlar xəstəxananın Direktoru Könül Ələkbərovun yarıtmaz fəaliyyətindən,xəstəxana daxilindəki özbaşınalıqlardan,sistemsiz şəkildə qurulan iş prinsipindən və vətəndaşlara qarşı aqressiv davranışından gileyləniblər. Və bu addımlar cənab prezidentin apardığı məqsədyönlü işlərələ dabandabana ziddir.Bəs vətəndaşlar və pasiyentlər bu tibb müəssisəinə üz tutan zaman nələrlə qarşılaşırlar?

Bax bu suala cavab tapmaq üçün gərək xəstə olub,səhərin gözü açılmadan düz günortaya kimi(onunsuz da acqarına saatlarla ayaq üstə dayanmaqdan elə xəstəxanalıq olacaqsınız)xətəxanada olasan.Çünki adıçəkilən tibb ocağına gələn xəstələr həkimin yanına düşməsi üçün uzun-uzadı növbədə gözləmək məcburiyyətindədirlər. Birinci mərhələdə növbədə dayanıb ailə həkiminin yanına düşmək üçün göndəriş vərəqi alırsan. İkinci mərhələdə, yenə növbədə durub ailə həkiminin qəbuluna düşürsən. Üçüncü mərhələdə isə ailə həkimi xəstəni tələb olunan həkimin yanına göndərir və ya polikilinka şəbəsində,ya da digər qeydiyyat bölmələrində saatlara gözləməli olursan.Hətta,bu azmış kimi bir çox insanların savadsızlığından istifadə edib deyirlər ki,həkim qəbulu üçün 3 manat ödəniş etmək lazımdır.Üstəgəl “prosedur”un davamı kimi Laboratoriya,müxtəlif diaqnostik aparatlardan keçmək üçün dayanılan uzun və əsəbi növbələr…Targikomediyanın əsas hisəsələrindən biri elə buradan başlayır.Bu zaman onsuz da gərgin,əsəbi və vəziyyəti pis olan xəstələrin durumu çox ağırlaşır.Hətta,bir çox hallarda kobud rəftarı ilə diqqət çəkən bəzi mühafizəçilərlə xəstələrin və onların yanında gələn yaxınlarının arasında söyüşün biri bir qəpiyə çıxır.Uzun növbələr,gərilən əsəblər,itirilən vaxt…Və bunların fonunda qovala-qaçda əsaslı təmir olunan Sövetlərdən qalma xəstəxana binasının “unudulan “ və “yaddan çıxan” havalandırma sisteminin olmamasının yaratdığı fəsadlar…Atıq müayinə olunmaq üçün gələn pasiyent belə özü də bilmədən xəstəxanalıq olur.(yenə də bir sual adamı düşündürməyə bilməz.Bəlkə elə bu da bəzi işbazların qaz vurub,qazan doldurmaq,xalqın və dövlətin pulunu silmək üçün qurulmuş oyundur !???)

Ancaq yerli mingəçevirlilərə,xüsusəsn də Qarabağ əlillərinə qarşı aqressivlyi ilə diqqət çəkən Direktor Könül Ələkbərovun rəhbərlik etdiyi Mingəçevir xəstəxanasındakı “sivil xitmət”lər bunlara bitmir.Məsələn,bir neçə real fakta diqqət yetirək.Avtomobil qəzası və hansısa bir tarvma zamanı burun çəpəri qırılmış xəsətəyə bütün yardımlar göstərildikdən sonra burun çəpərinin əməliyyat edilməsi üçün 400 manata yaxın pul tələb olunur. Səbəbi göstərilir ki, burun çəpəri əməliyyatı plastik əməliyyat sayılır və qanunla pullu xidmətlər siyahısındadır.Hətta,evdə qaynar suyun aşması nəticəsində üzü, əli yanmış xəstəyə pullu xidmət göstərilir.Səbəbi isə yanıq əməliyyatının plastik əməliyyat sayılması göstərilir.(?)

Qarabağ müharibəsi əlillərin müalicəsi ilə də bağlı problemlər var. Belə ki,bir çox əlillər hər il müalicə olunurlar, bəziləri elə il boyu müalicə almaq məcburiyyətindədirlər. Əvvəl əlillər stosianar müalicə olurdular. Sonra isə dərmanlarla pulsuz təmin edilməklə anbulator müalicəyə göndərildilər.Ancaq Qarabağ əlillərinin dediyinə görə İcbari Tibbi Sığortada əlillərin ambulator müalicəsində dərman təminatını dayandırıb. Qarabağ əlilləri və veteranları bildirirlər ki, cənab prezident tərəfindən imtiyazlar və güzəştlər verilib, biz xüsusi statuslu vətəndaşlarıq, əvəzində həkimlər tərəfindən kinayəli baxışlar və laqeyd münasibətlərlə üzləşirik.Təcili Tibbi Yardım Xidmətində dərman təminatı yaxşılaşsa da xidmətin keyfiyyətində axsamalar var. Çünki şəhərin böyük bir hissəsi olan və 20 mindən artıq insanın yaşadığı Sağ sahil və İstilik Elektrik Stansiyası Qəsəbəsində cəmi 2 Təcilli Tibbi Yardım avtomobili xidmət göstərir. Bu isə çox hallarda xəstənin 1 saat və daha çox gözləməsinə gətirib çıxarır. Həkimlərə yüksək əmək haqqı verilməsinə ,o cümlədən onlara xəstələrdən pul almaq qadağan edilməsinə baxmayaraq bəzi həkimlər və əsas da cərrahlar xəstələrdən pul almaqda davam edirlər.



Hətta, bir neçə dəfə xəstəxananın Publik Hüquqi Şəxsi ,yəni direktoru Könül Ələkbərov şikayət edən xəstələrin pullarını geri qaytartdırıb.(səs-küyə səbəb olmasından qorxaraq.Özü demişkən,”onun əskisi tüstülüdü”)Lakin həmin 200 manat rüşvət alan həkimlərə qarşı heç bir ciddi tədir görməyib.Konkret desək,ər-arvad olan cərrahlar- Telman Osmanov və Mələk Qafarova…Hətta,İcbari Tibbi Sığorta dövründə Telman həkim iki nəfəri cərrahi müdaxilə zamanı öldürüb.(bu onun ilk ölümləri deyil)Bunlardan biri Yeni köçkün şəhərciyində yaşayan Kəlbəcər rayonundan məcburi köçkün gəlmiş,evin yeganə övladı,2017-ci ilin Son zənginə hazırlaşan gənc müəllim Əliyev Nurlan Məhəmməd oğludu. Könül Ələkbərovun rəhbəri olduğu Telman həkim adi bağırsaq əməliyyatı üçün onun valideyini Ramazanov Məhəmməddən 300 manat pul da alıb.Hətta,bu azmış kimi gənc müəllim öləndən sonra onun valideyindən aldığı pulu çox çətinliklə geri qaytarıb.Bununla bağlı ölən şəxsin qohumları dəfələrlə Baş həkim Könül Ələkbərovun qəbulunda olublar.Telman həkimin həyat yoldaşı Mələk Qafarova isə 2017-ci ilin iyun ayının 12-də saat 18:20-də Yevlax rayonunun Yenicə kənd sakini Məmmədova Məhbubəni əməliyyat etmək üçün 200 manat pulunu alıb.120 manat maaşa işləyən həyat yoldaşının yalvarışlarına məhəl qoymayan həkim istəyinə nail olub.Sonradan yaxın qohumlarının haqlı tələblərindən qorxan həkim aldığı “şiriniliyi” geri qaytrmaq məcburiyyərində qalıb.Qeyd edək ki,bu faktı təsdiq edəcək video çəkiliş də var.Hətta,ərizə ilə rəsmən direkror Könül Ələkbərova müraicət də olunub.Bəs,nəticə???Bəs, verilən cəza???Təbii ki yoxdur…Əvəzində isə Telman-Mələk cütlüyü Avropanı və dünyanın müxtəlif istirahət mərkəzlərini gəzib-dolaşmaqla məşul olublar.Görəsən,Könül Ələkbərovun Mingəçevir xəstəxanasının cərrahları yanından hansı “gözükölgəli” işi var ki,o bir çox ciddi qanun pozuntularına göz yumur?Ancaq Acildə həkim işləyən Elşən Kazımov yardım göstərdiyi xəstədən 20 manat pul aldığı üçün Könül həkim tərəfindən cəzalandırılaraq işdən azad edilib və yenidən Təcili Tibbi Yardıma həkim təyin edilib(necə deyərlər,yeri dəyişdirilib).



Səhiyyə Nazirliyinin tabeliyində olanda xəstəxanalarda pul alsalar belə pasiyentin sağlamlığı naminə xəstə nə qədər lazımdırsa xəstəxanada saxlanılırdı. Ancaq indi isə xəstə sağaldı-sağalmadı fərq etmir. 3-5 günə, bəzi hallarda isə maksimum 7 gündən sonra xəstəxanadan pasiyenti yaralı,”şlanq”lı vəziyyətdə evə göndərirlər.Tələb edəndə isə çox maraqlı cavab verirlər:”Yeni qanunda belə yazılıb. Dövlət bunun üçün vəsait nəzərdə tutmayıb.istəyirsinizsə əlavə hər gün üçün 30 manat ödəniş edib qala bilərsiniz”.

Həqiqətənmi,məramı sosial ədalət prinsipi,humanizim və yüksək səhiyyə xidmətinin təşkili olan İcbari Tibbi Sığortanın mövcud iş prinsipi bunlardan ibarətdir?Yoxsa,ən xırda detalda belə aqressivliyi diqqətdən yayınmayan,vətəndaş-məmur,həkim-pasiyent münaibətlərini belə bilməyən,kobud davranışları ilə (hətta onun təhqiramız ifadələr işlətdiyi audio yazının oduğu da gələn məlumatlar sırsındadır)Mingəçevirdə ad çıxarmış Könül Ələkbərov kimilər qanunları öz düşündükləri kimi caamata sırımaq istəyirlər???Ona görə hesab edirəm ki,İcbari Tibbi Sığortanın baza zərfi ilə əhatə olunan və olunmaya tibbi xidmətlərin siyahısına bir daha baxılmalı, günün tələbinə, o cümlədən Azərbaycan reallığına uyğunlaşdırılmalıdır.

Mingəçevir xəstəxanasındakı olaylar bunlarla bitmir.Bu tibb ocağı artıq səhiyyə müəssisəsi kimi deyil,biznes strukturu kimi “fəaliyyət”ini genişləndirməkdədir.Belə ki,bu “biznes”oyunu ankoloji xəstələrin üzərində oynanılır.Əldə etdiyimiz məlumata görə,cərrahiyyə əməliyyatından sonra ankologiya şöbəsində çalışan tibb bacısı kəsilmiş orqanı xəstənin yaxınına təqdim edərək toxumanın bəd xassəli və xoş xassəli olmasını müəyyənləşdirilməsi üçün Mərkəzi Xəstəxananın yaxınlığında yerləşən özəl “Şəfa” kilinikasının laboratoriyasına analizdən keçməyə göndərir.Hətta ,Tibb bacısı israr edir ki,25 manat ödəniş etməklə bu analizin yaxınlıqdakı özəl kilinkalardan birində(reklam olmasın deyə klinkanın adını yazmırıq) aparılması olduqca vacibdir. Apardığım araşdırma nəticəsində aydın oldu ki, bütün ankoloji əməliyyatdan götürülən toxumalarının nümunələrinin müayinələri xəstənin öz şəxsi vəsaiti hesabına Mingəçevirdəki heç də ixtisaslaşmayan özəl klinkaya ödənilir. Bu zaman yenə sual ortaya çıxır.Niyə İcbari Sığorta üzrə Dövlət Agentliyin Mingəçevir Mərkəzi Xəstəxanasında yaratdığı müasir avadanlıqlarla təciz olunmuş labaratoriya olduğu halda vətəndaşların özəl klinkaya 25 manat pul ödənməlidir?

Mingəçevir Mərkəzi xəsətxanasında yaşanan utancverici hadisələrdən biri də Kordialogiya şöbəsində baş verib.Belə ki,şöbənin həkimi Leyla Məcidova adıçəkilən şöbənin müdir T.e.n.Novruz Həsənova tibbi alətlə üz və boğaz nahiyəsindən yaralayıcı xəsarət yetirib.Hadisə şahidlərinin dediyinə görə ərköyün xanım həkimin şöbə müdiri ilə əlbəyaxa çıxmasının ilkin səbəbi “müştəriləri” “paylaşa”bilməmələri olub.Nəticədə Novruz Həsənovun kobud ifadələr işlətməsi onsuz da “halı”özündə olmayan Leyla həkimi bu addımı atamağa vadar edib.Çox maraqlı nüans odur ki,həm Könlü “müəllim”,həm də hüquq mühafizə orqanları bu əmələ göz yumublar.Şöbə müdir Novruz Həsənov isə çox qısa zamanda məzuniyyətə çıxıb(o artıq işdən azad olunub).Onu da xatırladım ki,Leyla Məcidovanın həyat yoldaşı Mingəçevirdə və ətraf bölgədə “aptek Bəxtiyar” kimi tanınan və “tapılmayan dərmanlar”ın ustası kimi ad çıxaran çox imkanlı şəxsdir(bəzi qurumların “yağlı tikəsi”dir).Və Leyla həkim onun ikinci həyat yoldaşıdır.(onun rəsmi və ya qeyri-rəsmi nikahda olmasının özü də müəmmalıdır)

12-15 dekabr 2017-ci il tarixində baş verən hadisə də Mingəçevir xəstəxanasındakı özbaşınalıqların təsadüfü olmadığını göstərir.Bəhruz adlı Ağdaş rayon sakini İcbari Tibbi Sığortanın tətbiq edildiyi Mingəçevir şəhər sakini olmadığı üçün burun çəpərinin əyriliyi əməliyyatı üçün rəsmi qaydada zərf üzrə müəyyən edilmiş 708 manat pul ödəyib.Ancaq sonra Lor (Burun-qulaq)şöbəsinin müdiri Cavanşir həkim xəsətədən əlavə olaraq 200 manat pul tələb edib.Canını puldan daha üstün tutan xəstə məcburiyyət qarşısında tələb olunan maliyyəni həkimə verib.Haqsızlğıa dözməyən xəstənin yaxınları bu “proses”i video kamera ilə lentə alıblar.Məsələdən xəbər tutan xəstəxananın rəhbəri Könül Ələkbərovun xahişi ilə mülaciə işləri üzrə müavini İlham Mayılov (onun da artıq Könül Əlkəbərovun oyunlarının güdazına getdiyi bildirilir)xəstənin yaxınlarını öz otağına dəvət edərək əməliyyatı edən həkimə verilmiş 200 manat pulu alaraq geri qaytarmışdır.Yenə də həmişə qanunlardan ağız dolusu danışan baş həkim nədənsə Lor-cərrahın qarşısında da aciz qalıb.O qanunsuz əməlinə görə müvafiq qaydada cəzalanmayıb.Başqa bir Ağdaş rayon sakini isə övladları- Naib Musayev və Aysu Musayevanı müayinədən keçirmək üçün Mingəçevir şəhər xəstəxanasına gətirib.Təbii ki kənara rayondan olduqalarına görə kassaya yaxınlaşıb müayinə olunmaq üçün ödəniş edib.Pasiyentin sözlərinə görə,bu zaman kassada işləyən xanım bildirib ki,bir uşaq üçün ödəniş edin,digər uşaq üçün olan ödənişi isə həkimin özünə verərsiniz.Bəli,bu Mingəçevir səhiyyəsində baş verənlərin çox az hissədidi.Digər bir fakt isə nə insanlığa,nə həkim peşəsinə,nə də həkim andına heç yaraşmır.Sadəcə,utancverici bir haldır.Gəlin,başqa bir fakta diqqət yetirək.2017-ci ilin yayında Yevlax rayon sakini Yaşar Adıgözəlov ilan vurması nəticəsində Xanabad kəndindən 15 dəqiqə ərzində Mingəçevir şəhər Mərkəzi xəstəxanasına çatdırıldığı halda Mərkəzi Xəstəxananın Acil şöbəsində xəstənin üzərində şəxsiyyət vəsiqəsi olmadğı üçün 35 dəqiqə tibbi yardım göstərilməyib. Nəticədə həmin şəxsin ilan vurmuş ayağında qanqrena əlamətləri başlamış yaxınları tərəfindən şikayət tələb edildikdən sonra ona tibbi yardım göstərilib. Lakin gec yardım göstərildiyi üçün müalicəsi daha uzun çəkmiş, hazırda mənfi fəsadları davam etməkdədir. Bu ən azından insanlıq adıan utancdır,deyilmi?



Başqa bir fakt:Mingəçevir şəhər sakini Məmmədov Nicatın ehtiyatsızlıq səbəbdən baş barmağı qapı arasında qalaraq əzilib və bunun üçün Mərkəzi xəstəxanaya müraciət edib. Qeydiyyat yerindən (Resepşndə) ona deyilib ki, barmaq əməliyyatı “plastik” əməliyyat olduğu üçün 330 manat pul ödəməlisən.Vətəndaş məcbur olub barmaqdakı dırnaq sədəfini çıxartdırmaq üçün Tibbi Sığorta olmayan qonşu rayon xəstəxanasına müraciət edərək əməliyyat olmuşdur.Məmmədova Gülüzar adlı Mingəçevir sakinin isə səhv diaqnoz qoyulması nəticəsində kor bağırsağın partlamasından ölməsi də həkimlərin binganə münasibətinin acı sonluğudur.Hələ bu azmış kimi şəhərin tanınmış ailələrindən birinin yaxın qohumu cərrahiyyə əməliyyatında olan zaman xəstənin ağzındakı qızıl dişlərin oldğu protezi tibbi personal tərəfindən oğurlanıb.Sonradan Könül həkim öz metodlarından istifadə edərək,məsələni böyüməyə qoymamışdır.

Digər bir fakt:Novruz bayramı ərəfəsində 1996-cı il təvəllüdlü Mamedov Orxan Salman oğlu ilə “Qədiroğlu” restoranında yeyib-içən zaman aralarında şəxsi münasibətlər zəminində dava baş verib.Və bu zaman Orxan Mamedov bud nahiyəsindən bıçaqlanıb.Şah damarından xəsarət alan gənc oğlan təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına aparılaraq cərrahiyyə əməliyyatı olunub.Ancaq yenə həkim məsuliyyətsizliyi ucbatından,konkret desək az qala hər gün bir təhər xəstəxaya gətirilən,yaşı səksəni haqlamış cərrah Qiyas Mehdiyevin “bacarığı” sayəsində(bu cərrah vaxtı ilə çox bacarıqlı mütəxəssis olub) Orxan Mamedovun sonradan vəziyyəti ağırlaşıb.Daha sonra Gəncə Beynəlxalq Xəstəxanasına aparılıb və orada dünyasını dəyişib.Bu xəstə ölümündən sonra da çox ciddi bir sual meydana çıxır.Həqiqətənmi,Mingəçevir xəstəxanası əli tibbi aləti tuta bilməyən yaşlı cərrahın ümidən qalıb? Könül həkim hansı kriteryalara əsaslanaraq ayaq üstə zorla duran Qiyas Mehtiyevi bu xəstəxanada saxlayıb və ona xəstə verir?Bu sualların cavabını kim verməlidir???Xəsətxanaın mühafizə sistemində də biabrçılıq baş alıb gedir.Belə ki,bu sahədə çalışanlar sanki özlərini “gestapo”dakı kimi hiss edir.Qorxualarından adlarının çəkilməsini istəməyən bir neçə xanım əməkdaşın dedyinə görə,əksər mühafizəçilər hara gəldi burunlarını soxurlar. Həkimləri,həmçinin binaya daxil olmuş qalustuklu şəxsləri kontrol etməklə yanaşı,icazəsiz tibb bacılarının və digər xanım işçilərin otağına girir,onalra qarşı nalayiq və kobud davranışlar sərgiləyirlər.Və ən maraqlısı odur ki,xəstəxananın rəhbəri Könül həkim az qala Mingəçevir xəstəxanasında “ailə podaratı” yaradıb.Sanki Mingəçevirdə tibbi və inzibati kadr yoxmuş kimi özü ilə xəstəxanaya bir “komanda” da gətirib.Onun tərəfindən Əsədova Vəfa adlı xanımı Baş tibb bacısı,Məmmədov Şahlar adlı qohumu Alqı-satqı şöbəsinin müdir,,kürəkəni Cəfərov Toğrul Qaraj müdiri,yaxın qohumu Hüseynov Elşad Təsərrüfat müdiri,yaxın qohumu Quliyev İbrahim İnsan resusrsları şöbəsinin müdiri təyin olunub.(qohumlardan ibarət komandan digər üzvlərinin müyyən edilməsi istiqamətində apardığımız araşdırmanı növbəti yazılarda sizlərə təqdim edəcəyik)

Qanunsuz əməllərindən əl çəkməyən,özbaşınalıqlarara son verməyən,dövlətimizin bu mühüm layihəsini atdığı hər addımla gözdən salan və özünün dediyi kimi heç kimdən qorxmayan direktor Könül Əlkəbərov qapsının ağzında silahlı mühafizəçi saxlayır.(???) Tam əminliklə deyə bilərəm ki,çox hörmətli Zaur Əliyevin rəhbəri olduğu İcbari Tibbi Sığorta üzrə Dövlət Agetntliyi baş ofisində heç silahsız mühafizəçi də yoxdur.Görəsən,əsas idaretmə heyəti gənc və savadlı kadrlardan təşkil olan adıçəkilən Dövlət Agetntliyinin baş direktoru cənab Zaur Əliyevə Könül Əlkəbərov kimi sovetdən qalma,kommunist təfəkkürlü kadrları kimi rəva görüb və təqdimat edib? Çox hörmətli Zaur müəllim,belə kadrlar sizin fəaliyyətinizə yalnız ləkə və xələl gətirir.Bu barədə dərindən düşünməyə dəyər.Bu mənim jurnalist kimi subyektiv baxışım deyil.Ziyalı şəhəri sayılan Mingəçevir sakinlərinin mövqeyidir və sizdən yaxşı mənada gözləntiləri çoxdur.Yoxsa,Mingəçevir xəstəxanasında hələ çox biabrçı olaylarıa şahidlik edəcəyik.Qeyd edim ki,Mingəçevir şəhərinin rəhbərliyi və digər müvafiq qurumlar da birmənalı olaraq bu şəxsin fəaliyyətindən razı deyillər.Sonda onu da deyim ki,Mingəçevirdəki eyni haldan heç də fərqlənməyən durum Yevlaxda da höküm sürür.

Yazıda adı çəkilən şəxslərin mövqeyinin dərc etməyə hazırıq.


Xalqxeber.az

 



 



MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz