Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi » Press-az
0

Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi

Baxış: 75

Məhkəmə zalından qaçan azərbaycanlı ələ keçdi

Ukraynanın Zaporijya vilayətində azərbaycanlı qeyri-leqal miqrant yaxalanıb. Ukrayna məhkəməsi bir müddət öncə onun ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.

Press-az.com xəbər verir ki, bununla bağlı Ukrayna KİV məlumat yayıb. 

Bu ilin yazında Akimov rayon məhkəməsi qanunsuz yolla Ukraynaya gələn Azərbaycan vətəndaşının deportasiyası ilə bağlı qərar qəbul edib. Sonuncu isə adekvat davranmayıb. O, qətiyyətlə əcnəbilərin olduğu bölgəyə getməkdən boyun qaçırıb və bildirib ki, bu, onun azadlıqlarının pozulmasıdır. 

Bundan sonra həmin şəxs məhkəmə zalından qaçıb və yarım il bölgələrə səfər etməklə miqrasiya xidmətinin əməkdaşlarından gizlənib. 

Bu günlərdə o, Akimov rayonunun bazarında ələ keçib. Hazırda onun Ukraynadan çıxarılması üçün sənədlər hazırlanır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz