Gömrükdən oğurlanan pullar belə xərclənir... - Keçmiş baş brokerdən bahalı alış-veriş... » Press-az
0

Gömrükdən oğurlanan pullar belə xərclənir... - Keçmiş baş brokerdən bahalı alış-veriş...

Baxış: 1 025

Gömrükdən oğurlanan pullar belə xərclənir... - Keçmiş baş brokerdən bahalı alış-veriş...


Uzun müddət Azərbaycan gömrüyündə meydan sulamış və nəticədə milyonlar əldə etmiş "TransBroker" MMC-nin sabiq rəhbəri Əbülfəz Məlikovla bağlı maraqlı informasiya daxil olub. Belə ki, hazırda "Gilan" Holdinqdə şöbə müdiri kimi fəaliyyətdə olan Əbülfəz Məlikovun varidatının 200 milyon dollardan yuxarı olduğunu bildirən bilgili qaynağın iddialarına görə, artıq keçmiş baş broker pullarını müxtəlif yollarla ölkədən çıxarmağa başlayıb.

Xatırladaq ki, hələ xeyli əvvəlindən Əbülfəz Məlikovun barəsində hüquqi araşdırmaların aparıla biləcəyi haqda informasiyaları diqqətinizə təqdim etmişdik. Hazırda bu yöndə ciddi dəyişikliklər olmasa da, Məlikovun tədbirli davrandığı təəssüratı yaranır.

Gömrükdən oğurlanan pullar belə xərclənir...

Məlumatlı mənbənin bildirdiyinə görə, bir neçə gün əvvəl Əbülfəz Məlikov qardaş Türkiyədə bahalı alış-veriş edib, daha dəqiqi, özünə qiyməti 1 milyon 350 avroya olan villa alıb.

Mənbə bildirir: "Türkiyənin məşhur turzm bölgəsi olan Antalyanın Kaş deyilən səmtində, Kalkan məhəlləsində yerləşən villa əslində satışa 2 milyon avroya çıxarılmışdı. Görünür, Əbülfəz Məlikov yaxşıca bazarlıq edib. Villanın 3 yataq otağı, 3 hamamı, böyük zalı və daha bir neçə əlavə otaqları var ki, bununla da Məlikovun özünə saray aldığını da deyə bilərik".

Mənbə qeyd edir ki, əslində bu yolla Əbülfəz Məlikov Azərbaycan gömrüyündən illər ərzində oğurladığı pulları da rəsmiləşdirmiş, ölkədən çıxarmış olur: "Oğurluq pulları hələ çoxdur, yəqin daha bir neçə villanı da satın alacaq".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... 

DİA.AZ
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz