0

Tanınmış jurnalistin rəhbərlik etdiyi Xural.com saytı məhkəmə qərarı ilə bloklandı.

Baxış: 265
Azerbaycanrealligi.com xəbər verir ki, bu gün Səbayıl Rayon Məhkəməsində Xural.com saytına girişin məhdudlaşdırılması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında Elektron Təhlükəsizlik Mərkəzinin şikayətinə baxılıb, qərara əsasən Xural.com saytına giriş məhkəmə qərarı ilə məhdudlaşdırılaraq blok qoyulub.

Xural.com-un baş redaktoru Əvəz Zeynallı məhkəmə qərarını qərəzli və sifarişli adlandırıb, "bu, mediaya qarşı növbəti soy qırımdır", - deyərək qeyd edib.

Xatırladaq ki, Xural.com saytı və qəzeti illərdir ki, Azərbaycanda fəaliyyət göstərir, onun baş redaktoru media sahəsində xalq üçün böyük zəhməti və əziyyəti olan tanınmış redaktorlardan biridir. Elə haqqı yazdığı üçün 2011-ci ildə şərlənərək həbs olunub, 9 il azadlıqdan məhrum edilib, dünyanın tanınmış beynəlxalq təşklatları onun həbsini qondarma hesab edərək Əvəz Zeynallını  vicdan məhbusu hesab ediblər. 3 ildən sonra dövlət başçısının əfv fərmanı ilə azadlığa çıxan Xural.com-un baş redaktoru öz azad media nümayəndəsi kimi fəaliyyətini davam etdirib, siyasi məhbus və vətəndaş cəmiyyətinin problemləri haqqında kifayət qədər geniş fəaliyyət göstərir, vətəndaş cəmiyyətinin inkişafında yaxından iştirak edir. Onun üçün də mediada illərlə fəaliyyəti və tərcübəsi olan bir şəxsin rəhbərlik etdiyi median qurumunu bir anın içində məhkəmə qərarı ilə qapadılması Azərbaycan cəmiyyəti və bütünlükdə ölkə üçün heç yaxşı hal deyildir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz